azadses.az » Cəmiyyət » “Environmental Protection First” (EPF) Koalisiyası elan edilib - BƏYANAT

“Environmental Protection First” (EPF) Koalisiyası elan edilib - BƏYANAT

“Environmental Protection First” (EPF) Koalisiyası elan edilib.

"Report" xəbər verir ki, bununla bağlı bəyanatda deyilir:

"Biz, aşağıda imza edən Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobul şəkildə pozmaqla getdikcə gücləndirilən iqtisadi fəaliyyətin 15 milyondan çox əhalinin yaşadığı Cənubi Qafqaz regionunu bütövlükdə fəlakətə sürükləməsindən dərin narahatlığımızı ifadə edir və bununla mübarizədə səyləri birləşdirmək üçün “Environmental Protection First” (EPF) adlı koalisiya yaratdığımızı elan edirik.

Mütəxəssislər tərəfindən aparılan yoxlamalar Ermənistanın dağ-mədən müəssisələrinin zəhərli kimyəvi tullantılarının Azərbaycanla sərhəddə də su resurslarına, ətraf mühitə böyük ziyan vurduğunu aşkarlayıb. Bütün bunlar əhalinin qayıdışına və təhlükəsiz yaşayışına mane olmaqla, azad edilmiş ərazilərdəki mina, dağıntılar problemləri qədər narahatedicidir.

Ciddi narahatlıqlar və suallarla bağlı bu yaxınlarda Azərbaycanın vətəndaş cəmiyyətinin şəxsən Ermənistanın Baş nazirinə ünvanladığı Açıq Məktubda qaldırılan məsələlərə Nikol Paşinyan tərəfindən cavab verilməməsi, beynəlxalq ekspertlərə Ermənistana gəlib yerində vəziyyəti qiymətləndirməyə şərait yaradılmaması, xarici ölkə QHT-lərinin oxşar məzmunlu müraciətlərinin nəzərə alınmaması bu koalisiyanın qurulmasını şərtləndirir.

Ermənistanın dağ-mədən sənayesindəki proseslərin bütün qanuni vasitələrlə davamlı izlənilməsi və pozuntular əleyhinə mübarizənin gücləndirilməsi koalisiyanın əsas işi olacaq.

Bu işdə Ermənistanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının da köməkliyinə ümid edirik. Çünki bu məsələlər Ermənistan əhalisi üçün də ciddi təhlükə, sağlamlıq riskləri yaradır. Təəssüf edirik ki, bunu yaxşı dərk edən Ermənistanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının etirazlarına yerli hakimiyyət tərəfindən məhəl qoyulmur, onlar sıxışdırılır. Biz həm də boğulan erməni vətəndaş cəmiyyətinin səsi olacağıq, bütün Cənubi Qafqaz əhalisinin səsi olacağıq. Bu işdə Gürcüstanın vətəndaş cəmiyyətinin də güclü dəstəyinə ümid edirik.

Bu gün dünya birliyinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri uğrunda səfərbər olaraq ətraf mühit problemlərinin həlli üçün daha əzmlə çalışdığı bir vaxtda, Ermənistanın davranışları bu fəaliyyətin tamamilə ziddinədir.

Koalisiya öz işinə Ermənistanın dağ-mədən sənayesində işləyən xarici şirkətlərin Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin təftişindən başlayır. Təəssüf edirik ki, apardığımız ilkin monitorinqlər göstərir ki, Ermənistanda fəaliyyət göstərən şirkətlər ictimaiyyət üçün açıq olmalı olan bu sənədləri ört-basdır edir.

Biz Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərə üz tutaraq ƏMTQ sənədlərinin tam mətnini ən qısa müddətdə öz rəsmi internet saytlarına yerləşdirməyə və ya ictimaiyyətə elan etməyə çağırırıq. Biz bu sənədlərlə tanış olmaq istəyirik.

Biz fəaliyyətimiz çərçivəsində Ermənistanda işləyən xarici şirkətlərin baş ofisləri, onların mənsub olduğu ölkələrin aidiyyəti rəsmi qurumları ilə, o cümlədən beynəlxalq təşkilatlarla fəal kommunikasiya, əməkdaşlıq qurmaq niyyətindəyik.

Fəaliyyətimiz tam şəffaf və hesabatlı olacaq, daimi əsasda gördüyümüz işlər barədə ictimaiyyəti məlumatlandıracağıq.

Bu işdə maraqlı olan bütün tərəfləri EPR ilə tərəfdaşlığa, əməkdaşlığa dəvət edirik".

Bəyanatı aşağıdakı şəxslər imzalayıb:

Amin Məmmədov, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi

Pərvanə Vəliyeva, “Sağlamlığa Xidmət” İctimai Birliyi

Sabit Bağırov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

Qəmzə Yusubova, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib