azadses.az » Manset » Ermənistanın törətdiyi ekoloji fəlakət: Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsləri rezonans yaradıb - RƏY

Ermənistanın törətdiyi ekoloji fəlakət: Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsləri rezonans yaradıb - RƏY

“Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın hava və suyu çirkləndirməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə ünvanlığı müraciətdə məqsəd aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq birliyin diqqətini Ermənistanın dağ-mədən sənayesinin fəaliyyətinin regional ekosistemə ağır mənfi nəticələrinə, həmçinin bütövlükdə qlobal səviyyədə ətraf mühitə vurduğu ziyanı diqqət mərkəzinə gətirməkdir.

Regional kontekstdə Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsləri rezonans yaradıb və problem artıq aktuallaşıb”.

Bu fikirləri “Report”a açıqlamasında adıçəkilən müraciəti imzalayanlar arasında olan “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, ciddi sübutlara, beynəlxalq akkreditasiyalı xarici şirkətlərin apardığı monitorinq və ekspertizanın nəticələrinə baxmayaraq, Ermənistanın dağ-mədən müəssisələrinin ətraf mühitə dağıdıcı təsirinə beynəlxalq təşkilatlar və beynəlxalq birlik səssiz qalır, yaxud bu problemlərə lazımı qədər diqqət ayırmırlar:

“Ermənistanın dağ-mədən müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları, bütün transsərhəd suları çirkləndirir, qonşu ölkələrin də əhalisinin insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq örtüyünə təhlükə yaradır. Bu müəssisələr qeyri-şəffaf fəaliyyət göstərirlər, hesabatlı deyillər və ətraf mühit üçün yaranmış riskləri gizlədirlər”.

QHT rəhbəri bildirib ki, həmin müəssisələrin tullantıları ilə Araz çayı çirkləndirilir, içməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır:

“Bu vəziyyət həm Azərbaycan, həm də Ermənistan əhalisinin sağlamlığı ilə bağlı böhran yarada bilər. Ermənistan BMT konvensiyalarını pozur, ətraf mühitin qorunması ilə bağlı müəyyənləşmiş öhdəliklərə əməl etmir. Məhz bu baxımdan Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Komissiyası, Avropa Şurası, Avropa Parlamenti, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF), Qlobal Ətraf Mühit Fondu (GEF) “Friends of Earth” təşkilatı, İnsan Hüquqları Təşəbbüsü Birliyi (CHRI), “Greenpeace” təşkilatı Ermənistanın cavabdehliyini vurğulamamaqla məsuliyyəti bölüşürlər”.

“Azərbaycan vətəndaş cəmiyyəti hələ gec olmadan bu təşkilatları öz təsir imkanlarından, səlahiyyətlərindən istifadə edərək ekoloji fəlakətin qarşısını almaqda məsuliyyətli davranmağa çağırır. Bu, ümumilikdə qlobal miqyasda da əhəmiyyətə malikdir. Azərbaycan vətəndaş cəmiyyəti bu miqyasda problemə dəlil və sübutları vurğulamaqla adekvat reaksiya verilməsinə nail olmağa çalışır. Artıq ilk nəticələr var, Ermənistanda dağ-mədən müəssisələri reaksiya verir, siyasətçilər açıqlamalar verir, Gürcüstanda bu məsələlər ətrafında müzakirələr başlayıb. Regional kontekstdə Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsləri rezonans yaradıb və problem artıq aktuallaşıb. Düşünürəm ki, israrlı səylərimizlə qısa zamanda beynəlxalq diqqət və təsirə də nail olacağıq”, - Zaur İbrahimli əlavə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Lənkəranın 14 kəndində işıq olmayacaq
  2. Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
  3. Bakıda qadın evdə ölü tapılıb
  4. Bakıda avtomobil qadını vuraraq öldürüb
  5. Xəzər dənizində zəlzələ olub
  6. Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlanıb
  7. Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
  8. Qaradağda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
  9. Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
  10. Türkiyədə sobanı qızdırmağa çalışan işçi bədbəxt hadisə ilə üzləşib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar