azadses.az » Cəmiyyət » QHT-lərin fəaliyyətində canlanma vətəndaş cəmiyyətinin inkişafına təkan verir

QHT-lərin fəaliyyətində canlanma vətəndaş cəmiyyətinin inkişafına təkan verir

Müasir dövrdə qeyri-hökumət təşkilatları özlərinin iştirakçı olduqları demokratik strukturların formalaşmasında və məqsədyönlü tətbiqində mühüm rol oynayır, öz məqsəd və məramları ilə vətəndaş və dövlət arasında “körpü” missiyasını yerinə yetirməklə həm ölkədə vətəndaş cəmiyyətinin formalaşması və inkişafına, həm də hüquqi dövlət quruculuğuna fəal şəkildə cəlb olunurlar. QHT-lərin nüfuzunun ilk növbədə onların cəmiyyətdə tutduqları fəal, konstruktiv və məsuliyyətli mövqedən asılı olduğu şübhəsizdir. O da bəllidir ki, qeyri-hökumət təşkilatlarının cəmiyyətdə oynadığı müstəqil rolun xarakteri real iştirakın zəruriliyini diktə edir; nəticə etibarı ilə, müstəqillik QHT-lərin əsas xüsusiyyətlərindən biri olmaqla yanaşı, cəmiyyətin həyatında real iştirak üçün ən başlıca şərtdir.

Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi olan qeyri-hökumət təşkilatlarının fəaliyyətində çoxdan gözlədiyimiz canlanmanın şahidiyik.
Ötən ilin aprel ayında ölkə Prezidentinin Fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması Azərbaycanda sağlam vətəndaş cəmiyyətinin bərqərar olması və inkişafı istiqamətində atılmış mühüm addım oldu. Agentliyin qısa bir dövrü əhatə edən fəaliyyəti bu addımın yeni reallığın çağırışlarına tam uyğun olaraq atıldığını nümayiş etdirməklə yanaşı, cəmiyyətin həyatında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının forma və məzmunca yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bu mərhələdə faydalı layihələrdən biri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrində, o cümlədən Gəncə şəhərində, Şəmkir, Quba, Qəbələ rayonlarında həyata keçirilən “QHT ziyarətləri” layihəsidir. Layihə çərçivəsində Agentliyin rəhbərliyi ictimai qurumların işçi heyəti və fəalları ilə görüşür, qeyri-hökumət təşkilatlarının fəaliyyəti və üzləşdikləri problemlərlə yerindəcə tanış olur, istəklərini və imkanlarını öyrənir, vətəndaş cəmiyyətinin gələcək inkişaf prespektivlərini müzakirə edir. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyevin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın, Prezident Administrasiyasının məsul əməkdaşları və Agentliyin Müşahidə Şurasının üzvlərinin iştirakı ilə baş tutan “QHT ziyarətləri”nin həm yerlərdə bu ictimai qurumların nüfuzunun yüksəldilməsində, həm də onların hər birinin dövlət və cəmiyyət qarşısında öz məsuliyyətinin tam şəkildə dərk edilməsində əhəmiyyəti danılmazdır.

Agentliyin geniş coğrafi ərazini əhatə edən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” mövzusunda respublika zona konfransları da yetərincə maraqlı və faydalı təşəbbüsdür. Artıq bir sıra bölgələrdə - Şamaxı, Quba, Şəmkir rayonları və Gəncə şəhərində - baş tutmuş konfranslar QHT-lərlə dövlət qurumları, ilk növbədə bu qurumların fəaliyyətində vətəndaş cəmiyyətinin fəal iştirakına zəmin yaradan ictimai şuralar arasında sıx əməkdaşlığın təmin edilməsi, son nəticədə vətəndaş cəmiyyətinin davamlı inkişafına nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Konfranslarda qeyri-hökumət təşkilatlarının müxtəlif sahələri əhatə edən dövlət siyasətinin gerçəkləşməsində və cəmiyyəti qayğılandıran problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrin və ictimai nəzarətin təşkilində rolu və yeri, onların dövlət qurumları ilə əməkdaşlıq məsələləri geniş müzakirə olunur, QHT-lərin vətəndaşlarla mümkün qədər sıx ünsiyyət və şəffaf münasibət qurmasının zəruriliyi vurğulanır, sosial problemlərin həlli ilə bağlı qərarların qəbulu prosesində dəstəkverici rolu diqqət mərkəzinə çəkilir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində qeyri-hökumət təşkilatları ilə həm yerli dövlət qurumları və ictimai qurumlar, həm də beynəlxalq təşkilatlar arasında əməkdaşlıq geniş təşviq edilir. Şübhəsiz ki, əhalinin maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği, insan hüquqlarının, xüsusilə də qadın və uşaq hüquqlarının müdafiəsi, söz və fikir azadlığının təmin edilməsi, narkomaniyaya və məişət zorakılığına qarşı mübarizə, ailə dəyərlərinin qorunması və digər istiqamətlərdə səmərəli layihələrin reallaşması, məqsədyönlü tədbirlərin gerçəkləşməsi beynəlxalq təcrübənin öyrənilməsini və cəmiyyətin milli xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilməsini tələb edir.

Ötən ay qardaş ölkədə yüksək səviyyədə keçirilmiş Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun və bu mötəbər tədbirdə irəli sürülmüş təşəbbüslərin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında mühüm əhəmiyyətə malik beynəlxalq təcrübənin öyrənilməsi və QHT-lərin bu təcrübədən yetərincə bəhrələnməsi işinə güclü təkan verəcəyinə ümidvarıq. Əminik ki, Azərbaycanda formalaşmış və bu gün fəaliyyətində canlanma yaşanan çoxşaxəli QHT şəbəkəsi qardaş Türkiyənin qeyri-hökumət qurumlarının zəngin təcrübəsindən faydalanacaq, dövlətlərarası qarşılıqlı münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

“Biz birlikdə güclüyük” şüarı mənasını itirməmişdir. Və heç zaman itirməyəcək də. Ölkəmizdə fəaliyyət göstərən və vətəndaş cəmiyyətinin bərqərar olmasında həlledici rol oynayan qeyri-hökumət təşkilatları da davamlı inkişaf prosesinin fəal iştirakçıları kimi öz aralarında əməkdaşlıq və qarşılıqlı əlaqəni möhkəmləndirməli, birgə layihələrə imza atmalı, qüvvələrini cəmləşdirməlidirlər.

Tam əminik ki, bu gün fərqli sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının həyatında canlanma yaradan, üzərinə düşən missiyanı layiqincə yerinə yetirən QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu birliyi təmin etməyə qadirdir.

Ruhiyyə Məmmədova
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar