azadses.az » Cəmiyyət » Rusiya XİN Ermənistanın təxribatları ilə bağlı Azərbaycan diasporunun müraciətini cavablandırdı

Rusiya XİN Ermənistanın təxribatları ilə bağlı Azərbaycan diasporunun müraciətini cavablandırdı

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN) Samara və İvanovo vilayətlərində yaşayan Azərbaycan icmasının ölkəmizin dövlət sərhədində Ermənistanın son hərbi təxribatlarına dair müraciətlərinə cavab verib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçarın adından “Samara vilayəti Azərbaycanlılarının Liqası” ictimai təşkilatının icraçı direktoru Müşfiq Dəmirova və “İvanovo Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Asif Məmmədova ünvanlanan cavab məktublarında bildirilib ki, soydaşlarımızın Rusiya Prezidenti Vladimir Putinin və xarici işlər naziri Sergey Lavrovun adına göndərdikləri müraciətlərə baxılıb.

Məktubda deyilir: “Rusiya Federasiyası Zaqafqaziyada sülhün və təhlükəsizliyin qorunması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ardıcıl addımlar atır. Rusiya sülhməramlı kontingenti öz məsuliyyət zonasında atəşkəs rejimini və sabitliyi təmin edir. Regionda kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası üçün yardım göstərilir. Bu iş Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatları əsasında qurulur. Bütün tərəflərin bu razılaşmalara ciddi əməl etməsi davamlı sülhə aparan yeganə mümkün yoldur.

Rusiyanın səylərinin daha bir istiqaməti Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında əlaqələrin möhkəmləndirilməsidir. Ümid edirik ki, bütün konstruktiv düşünən ictimai qüvvələr bu prosesə qoşulacaq və bununla da Bakı ilə İrəvan, həm də bütövlükdə azərbaycanlılar və ermənilər arasında münasibətlərin yaxşılaşması üçün əlverişli mühit yaradılacaq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu