Bayramovla Lavrovun brifinqi başladı - YENİLƏNİB + CANLI YAYIM

“Report” xəbər verir ki, hazırda nazirlər birgə brifinq keçirirlər.
12:13
Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrovun təkbətək görüşü başa çatıb.
“Report” xəbər verir ki, hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.
11:42
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazirlər bağlı qapılar arxasındakı müzakirələrdən sonra mətbuat konfransı keçirəcəklər.
