azadses.az » Manset » Ekspert: "Ermənilər neft-qaz kəmərləri keçən 13 rayondan 7-nə raket atıb"

Ekspert: "Ermənilər neft-qaz kəmərləri keçən 13 rayondan 7-nə raket atıb"

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji terror və beynəlxalq neft-qaz kəmərlərinin məqsədli şəkildə hədəfə alınması barədə hesabatın təqdimatı keçirilib.

''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, sənədi "Qafqaz Regional Ekoloji Mərkəzi"nin sədri Mələk Şükürova və "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı"nın sədri Mirvari Qəhrəmanlı təqdim edib.

Hesabatda Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti nəticəsində işğal olunmuş ərazilərdəki Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə və bütövlükdə regionun ekoloji durumuna dəyən ziymiş, ətraf mühitin deqredasiyası ilə nəticələnmiş fəsadlarla bağlı məlumatlar öz əksini tapıb.

M.Şükürova bildirib ki, işğal edilmiş ərazilər azad olunduqdan sonra orada yerli və xarici ekspertlər monitorinqlər keçirəcək: "Həmin əraziləriə 13 197,5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. İşğaldan azad edilən yerlərdə bu vandalizmin miqyasını hələ hesablamaq mümkün olmayıb. Amma həmin ərazilərdə aparılan monitorinqlərdən sonra bu vandalizmin miqyasını qiymətləndirmək mümkün olacaq".

Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir: "Ermənistanın işğalı altında olan Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı yasaqlıqları kimi 6 qorunan ərazidə "Qırmızı kitab"a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv edilib və yaxud yox olmaq təhlükəsilə üz-üzədir".

O bildirib ki, Azərbaycanın meşə ilə örtülü sahələrənin 25%-i işğal altında olan ərazilərdə yerləşir: "Azərkosmos ASC-nin əldə olunan məlumatlar təsdiq edir ki, 260 300 hektar qiymətli meşə sahəsi erməni vandalizmi nəticəsində məhv edilib. Təsadüfi deyil ki, son illər ərzində Ermənistanın mebel sənayesi və bu sahədə ixrac göstəriciləri artıb. Şübhəsiz ki, bu Azərbaycanın işğal altında olan ərazilərində qiymətli ağac növlərinin hesabınadır".

M.Qəhrəmanlı isə deyib ki, Ermənistan ordusu neft-qaz kəmərləri keçən 13 rayondan 7-ni raket hücumuna məruz qoyub: "Ayıq-sayıqlıq olmasaydı, Azərbaycan çox böyük təhlükə ilə üz-üzə qala bilərdi. Bu ilin iyul ayında Tovuzda baş verən hadisələr göstərdi ki, Azərbaycanın, beynəlxalq neft-qaz kəmərlərinə hücumla bağlı mesajlarıdan narahatlığı əsassız deyil. Bütün dünya şahidi oldu ki, Ermənistan öz mesajlarını reallığa çevirməyə çalışır və beynəlxalq layihələrə təhlükə olacaq hücumlar həyata keçirir.

Ermənistan ordusu strateji və beynəlxalq əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin keçdiyi rayonları mütəmadi raket atəşinə tutur. Bu isə Avropanın enerji təhlükəsizliyinə ən böyük təhdiddir".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu