azadses.az » Siyasət » İlham Əliyev: “Şaxələndirmə proqramımız çox uğurla icra olunur”

İlham Əliyev: “Şaxələndirmə proqramımız çox uğurla icra olunur”

“Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir”.
''Azad Səs'' xəbər verir ki, bunu Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.
“Baxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür - çox ciddi deyil, indiyə qədər geriləmə 4%-dən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, bizdə artım var. Bu, onu göstərir ki, bizim şaxələndirmə proqramımız çox uğurla icra olunur. Sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi”, - o qeyd edib.
“Əlbəttə ki, əsas məsələyə gəlincə, biz indi Azərbaycanın öz ərazilərini azad etdiyini görürük. Biz, ilk olaraq, on minlərlə hektar torpağı su ilə təchiz edəcək çox mühüm su anbarını azad etdik. Ermənistan faktiki olaraq bizə qarşı ekoloji terror törədib. Onlar Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanların ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqına səbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti hər addımdadır. Biz əraziləri geri qaytarandan sonra, - bu, müxtəlif məhsullar becərmək, mal-qara saxlamaq üçün çox münbit torpaqlardır, - əlbəttə ki, bu, kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Biz ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq. Əlbəttə, düşünürük ki, insan kapitalına investisiyalar bizə inkişaf üçün yaxşı imkanlar yaradacaq. Çünki bir gün neft və qaz tükənəcək, baxmayaraq ki, bizim ehtiyatlarımız çox böyükdür. Biz böyük həcmdə təbii qaz ixrac etməyə yenicə başlamışıq və neft istehsalı sahəsi qarşıdakı onilliklərdə, ümumilikdə, sabit olacaq. Lakin, əlbəttə ki, qeyri-neft sektoru prioritetdir”, - deyə dövlət başçısı vurğulayıb.Report
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib