azadses.az » Siyasət » XİN Avropa Məhkəməsinin döyüşlərlə bağlı qərarına münasibət bildirib

XİN Avropa Məhkəməsinin döyüşlərlə bağlı qərarına münasibət bildirib

2020-ci il sentyabrın 29-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin verdiyi şikayətə cavab olaraq Məhkəmə Reqlamentinin 39-cu qaydasına müvafiq olaraq qərar qəbul edib. Həmin qərarda Avropa Məhkəməsi həm Ermənistanı və həm də Azərbaycanı mülki əhalinin Konvensiya hüquqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə dəvət edir.
''Azad Səs'' xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Beləliklə, Ermənistanın hüquqi bir müstəvi təşkil edən Avropa Məhkəməsindən siyasi məqsədlərlə istifadə etmək cəhdi elə məhz onun özünün əleyhinə çevrilib. Əslində bu qərarla Avropa Məhkəməsi 2015-ci ildə Çıraqov və digərləri Ermənistana qarşı işində çıxardığı qərarda gəldiyi qənaəti – Ermənistanın Azərbaycan ərazilərinin işğal olunması və bu ərazilərdə insan hüquqları pozuntularına görə məsuliyyət daşıdığını təsdiq edib. Bu Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davam edən işğalının, habelə cari münaqişənin Ermənistan və Azərbaycan arasında getməsi faktının növbəti hüquqi təsbitidir.
Məlum olduğu kimi, Ermənistanın təcavüzkar hərbi birləşmələri Azərbaycanın şəhər və kəndləri, o cümlədən mülki əhali və çoxsaylı mülki obyektləri atəşə tutmaqdadır və bunun nəticəsində dinc əhali arasında ən azından 12 nəfər həlak olub, onlarla insan  xəsarət alıb, şəxsi və dövlət əmlakına bərpaolunmaz ziyan yetirilib. Nəticə etibarilə, Avropa Məhkəməsinin 29 sentyabr qərarı Ermənistana Azərbaycan ərazilərində törətdiyi, insan hüquqları və beynəlxalq humanitar hüquqa zidd zorakı əməllərinə son qoymağa dair çağırış mənasına gəlir.
Bundan əlavə, Avropa Məhkəməsi Ermənistanı öz öhdəliklərinə riayət etmək üçün görülmüş tədbirlər barədə mümkün qədər tezliklə ona məlumat verməsini istəyib.
Qeyd edilməlidir ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz aktına cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanmış əks-hücum əməliyyatının gedişi zamanı beynəlxalq humanitar hüquqa tam və qəti şəkildə riayət edilir və heç bir formada mülki əhali və mülki obyektlər hədəfə alınmır. Azərbaycan tərəfi Avropa Məhkəməsinin qərarına uyğun olaraq, öz beynəlxalq öhdəliklərinə riayət edilməsi istiqamətində görülmüş tədbirlər barədə Məhkəməyə müvafiq qaydada məlumatlar təqdim edəcəkdir", - Azərbaycan XİN-dən bildirilib. 

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Lənkəranın 14 kəndində işıq olmayacaq
  2. Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
  3. Bakıda qadın evdə ölü tapılıb
  4. Bakıda avtomobil qadını vuraraq öldürüb
  5. Xəzər dənizində zəlzələ olub
  6. Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlanıb
  7. Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
  8. Qaradağda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
  9. Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
  10. Türkiyədə sobanı qızdırmağa çalışan işçi bədbəxt hadisə ilə üzləşib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar