azadses.az » Cəmiyyət » FHN-in elmi-tədqiqat institutu nüfuzlu sertifikatlara layiq görüldü

FHN-in elmi-tədqiqat institutu nüfuzlu sertifikatlara layiq görüldü

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu bir neçə nüfuzlu beynəlxalq sertifikata layiq görülüb.

“Azadsəs.az” xəbər verir ki, daim təkmilləşən və müasir standartların tətbiqinə xüsusi əhəmiyyət verən İnstitutun fəaliyyəti müvafiq beynəlxalq təsisatlar tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsi olaraq, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ISO 9001 “Keyfiyyət idarəetmə sistemi”, ISO 14001 “Ətraf mühitin mühafizəsi idarəetmə sistemi” və ISO 45001 “Sağlamlığın mühafizəsi, əməyin təhlükəsizliyi idarəetmə sistemi” sertifikatlarına layiq görülüb.

Qeyd edək ki, ISO 9001 “Keyfiyyət idarəetmə sistemi” beynəlxalq standartının tələbləri çərçivəsində idarəetmə sisteminin effektiv tətbiqi yolu ilə müştəri məmnunluğunun artırılması qarşıya məqsəd qoyulur. Bu standartın tətbiqi, həmçinin təhlükə potensiallı obyektləri istismar edən, eləcə də sənayenin digər sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlara bu sahədə lider mövqeyə çatmaqda yardımçı olacaq.

ISO 14001 “Ətraf mühitin mühafizəsi idarəetmə sistemi” İnstitutun fəaliyyət istiqamətləri üzrə işləri ətraf mühitə zərər vurmadan, təkrar emal, təbii resurslardan optimal şəkildə və maksimum effektivliklə istifadəni təmin edir. Bu standartın tətbiqi ətraf mühitə mənfi təsirin sistematik azaldılmasına, enerji və su ehtiyatlarının daha qənaətlə istifadəsinə xidmət edəcək. Eyni zamanda, sözügedən standartların tətbiqi tullantıların nəzarət altında təkrar istifadəsinə, istismar xərclərinin ixtisar olunması vasitəsilə müəssisənin xərclərinin azaldılmasına gətirib çıxaracaq.

ISO 45001 “Sağlamlığın mühafizəsi, əməyin təhlükəsizliyi idarəetmə sistemi” standartının tətbiqi isə iş yerlərində insidentlərin sayının azaldılması, sığorta xərclərinin azaldılması, işçilərin sağlamlıq və təhlükəsizliyi ilə bağlı tədbirləri əhatə edir. Həmçinin, bu standartın tətbiqi iş fəaliyyətinin bütün sahələrində qəzaların, bədbəxt hadisələrin baş verməməsi və peşə xəstəliklərinin qarşısının alınmasına, bu məqsədlə daim qabaqlayıcı tədbirlər görməyə, işçilərin sağlamlığına və həyatına təhlükə yaradan bütün əməliyyatların qarşısını almağa köməklik edir.

Qeyd edək ki, bu standartlar fəaliyyət sahəsi və ixtisasından asılı olmayaraq istənilən təşkilat üçün tətbiq oluna bilər.

Sertifikat 1

Sertifikat 2

Sertifikat 3
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib