Torpaqların kateqoriyası ilə bağlı dəyişiklik edildi
- 21-04-2022, 20:43
- Cəmiyyət
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarında dəyişiklik edilib.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Torpaq Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlar “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğunlaşdırılıb.
Adıçəkilən Qanuna 1 nömrəli əlavə - “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 11-ci maddəsinə edilmiş dəyişikliklə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması işləri üçün lisenziya tələbi ləğv edilir.
Nazirlər Kabinetinin “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə” Qərarına əsasən “dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziya verilməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin rəyləri” sözləri çıxarılıb.