azadses.az » Dünya » QHT sədri: “Ermənistanın davam etdirdiyi mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib”

QHT sədri: “Ermənistanın davam etdirdiyi mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib”

“Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam etdirdiyi mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib”.

Bu fikirləri “Report”a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

O xatırladıb ki, Azərbaycanda fəaliyyət göstərən 29 qeyri-hökumət təşkilatı Ermənistanın dağ-mədən sənayesinin ətraf mühitə vurduğu ziyan və regionun ekosisteminə yaranmış təhlükə ilə bağlı nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlayıb:

“Müraciət olunan qurumlar arasında Birləşmiş Millətlər Təşkilatı, BMT Ətraf Mühit Proqramı, Avropa Şurası, Avropa Parlamenti, Avropa Ətraf Mühit Agentliyi, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF), Qlobal Ətraf Mühit Fondu (GEF) və digər təşkilatlar var. Beynəlxalq təşkilatlardan tələbimiz budur ki, Ermənistanın regionun və bütövlükdə planetimizin ətraf mühitini, insanların sağlamlığını təhlükə altına atan, içməli su resurslarını çirkləndirən dağ-mədən fəaliyyətinə son qoyulsun”.

QHT sədri xatırladıb ki, Beynəlxalq Konvensiyanın tələbinə əsasən, bu cür müəssisələr inşa edən ölkə qonşu dövlətlərin rəsmi qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, bölgə sakinlərinin rəyini nəzərə almalıdır:

“Beynəlxalq təşkilatlara Ermənistanın dağ-mədən sənayesinin mənfi təsirlərini sübut edən faktlar təqdim edilib. Faktlar və sübutlar əsasında təhlillərimiz göstərir ki, Ermənistanın dağ-mədən sənayesinə aid müəssisələrin ziyanlı təsirlərinə Azərbaycanla yanaşı, digər qonşu ölkələr də məruz qalacaq. Ermənistan tərəfi Azərbaycan və digər qonşu dövlətlərlə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədini razılaşdırmalıdır”.

“Ermənistanın ekoloji norma və standartlardan kənar mədən fəaliyyətinin canlı aləmə vurduğu ziyan həm bölgədə, həm də kənarda yaşayan insanların sağlamlığına, yaşamına təhlükə törədir. Qonşu dövlətin sənaye müəssisələrinin zəhərli kimyəvi tullantıları bütün transsərhəd çaylarını çirkləndirir. Bu, bölgədə yaşayan insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq və havaya da mənfi təsir göstərir. Ermənistanın sənaye müəssisələrinin zəhərli tullantıları ilə çirkləndirilən çayların - Araz, Oxçuçay, Bərgüşad, Kür Azərbaycanın əsas içməli su qaynaqlarıdır”-, ictimai fəal bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistan Avropa İttifaqından Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üzrə “EU4Environment” proqramı çərçivəsində qrantlar alır: “Avropa İttifaqından istəyimiz odur ki, bu maliyyə vəsaitindən regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlərin icrası üçün deyil, təyinatı üzrə istifadə olunması təmin edilsin. Ermənistan BMT-nin bir sıra konvensiyalarının, o cümlədən, “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, “Su və sağlamlıq haqqında” protokolunun, o cümlədən, BMT-nin “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair” Konvensiyanın, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur”.E.Cəfərli vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı və müraciət edilən digər beynəlxalq, regional qurumlar ekoloji problemlərin həllində mühüm rol oynayır və onlar Ermənistanın yaratdığı ekoloji problemlərin həllində dəstək göstərə bilərlər:

“Biz bu təşkilatlara müraciət edirik ki, Ermənistanı mövcud ekoloji konvensiyalara əməl etməyə çağırsınlar. Biz onlardan Ermənistandakı sənaye müəssisələrinin fəaliyyətini izləməklə, beynəlxalq ekoloji normalara riayət olunmasını təmin etmələrini xahiş edirik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  2. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  3. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  4. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  5. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  6. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  7. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  8. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  9. Argentinada 6 maqnitudalı zəlzələ olub
  10. Şanlıurfada yol qəzası olub, ölənlər var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb. "Report"un Muğan bürosunun məlumatına Ətraflı
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?