azadses.az » Cəmiyyət » Hər kəs öz tərbiyəsinin quludur – Mintac Elsəvər yazır

Hər kəs öz tərbiyəsinin quludur – Mintac Elsəvər yazır

Misal var, deyərlər ki, ölünü də özbaşına qoysan dartıb kəfəni cırar. Rəbbim məni min bəlaya salsın ki, bu misalı qana bilmirəm. Yəni məntiqini özümə heç bir vəchlə başa sala bilmirəm. Kimsəsiz məzarda olsa, küçəyə atılası meyit olsa belə dartıb nə kəfəni nə də özünü cırası deyil. Adam ölüb axı! Yəni, çətini ölüncədi... Bəlkə dirini demək istəyib qəriban babalarımız? Belə olsa anındaca anlayaram. İndiki dirilər hay-həşirdədilər ki, bir gün əyinlərinə biçiləcək kəfənə girməsinlər. Tifillərə elə gəlir əbədi yaşayacaqlar. Sanki və məncə...
Əks halda niyə insan burnunun ucundan o tərəfi görməsin ki? Əlqərəz. Mətləbim, içi mən qarışıq bütün həmkarlarımın sarsıntısını tez-tez yaşadığımız başqa nəsnədi. Bu nəsnənin adı - əlçatmazlardı! Tanınmış və müxtəlif sənət adamlarımızın özlərini lazım olduğundan daha artıq bir əlçatmazda gizlətməsidi. İstər televiziya, istər də digər mətbu orqanlarda çalışan həmkar dostlarım bu problemlə zaman-zaman qarşılaşırlar. Və o məşum dialoq belə başlayır:

- Salam filankəs bəy ya da xanım.
-Salam.
- Sizi filan mətbu orqandan narahat edirik. Verilişə, müsahibəyə dəvət edirik. Müsait ol... Sözün ağzında qalır.
-Bilirsiz, qəti vaxtım yoxdu. Başqa vaxta inşallah.
Başqa maraqlı bir dialoq:
Salam, sizi filan verilişə dəvət edirik.
-Salam, kimlər olacaq, qonaqların siyahısını deyin. Deyirsən. Oo, yox, ya o ya mən!
Və o andaca beynində sarsıntının sısı başlayır qan dövranında özünü hiss etdirməyə... Adam bilmir şapalağı özünə ilişdirsin seçdiyi peşəyə görə yoxsa ki, yazılmayan ədalətsiz qanuna. Bəylər və xanımlar! Mədəni camiyənin üzvü sayılan sevgili dostlar! Bu nə həqarət, bu nə unutqan, bu nə nadan, bu nə etibarsız münasibət? Əcəba, biz sizi dəvət edərkən düşünmürükmü ki, kimlə kimi eyni masaya, eyni mövzuya dəvət etmək lazımdı. Sizə tanrı oynamaq, oxumaq istedadı veribsə, bizə də sizin istedadınızı hər kəsə tanıtdırmaq lütfü və istedadı verib. İndi qalxıb oturduğunuz o hündür dağın hansı tərəfindən baxsanız daha çox biz əlçatmazıq, adınızı və istedadınızı kürrü-aləmə bəyan edən də bizik, bir gün yazdığımız kimi, bir gün də silə bilərik, tarixdən nə səhifələr silindi, o silinənləri belə yenidən yazan bizik desəm?.. Desəm, Amerika icad etmiş olmaram deyilmi, əziz dostlar! Əminəm, aranızda bu sətirləri oxuyub “payy, sil də, guya sən silməklə nolasıdı ki?..” ironiyasını edənlər var. Bax, hətta, indi, bu dəqiqə yaza-yaza belə bu ironiyanı duya bilirəm. Amma və lakin... Hələ də silmiriksə bunu sahib olduğu sənətə hörmət qoyanları, adda-budda qalanları düşünməmizdən dolayıdı.
Nə baş verdi ki, biz bu qədər duyğusuzlaşdıq, insansızlaşdıq?..
Nə baş verdi ki, dünən ətəyindən tutub yalvardığınızdan - “bir xəbər də məndən yaz” dediyinizdən belə iraq düşdünüz? Efir, qəzet, sayt sayəsində qazanılan məşhurluğun bir gün eyni minvalla da yerlə-yeksan ola biləcəyini düşünmək heçmi ağlınızdan keçmir dostlar?..
Adınız, istedadınız qarşısında təzim edirəm şəxsən mən, Mintac Elsevər. Amma ən yüksək zirvə, ən böyük sərvət insanın özündən həya etməsidir. Qanunla qadağan olunmayan elə nəsnələr var ki, onu sadəcə hər kəsin tərbiyəsi qadağan edir...
Və... Bir də görürsən ki, söykəndiyin divar uçub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib