azadses.az » Cəmiyyət » Ağadadaş Ağayev: “Mübariz Mənsimov gözəl Vətən oğludur”

Ağadadaş Ağayev: “Mübariz Mənsimov gözəl Vətən oğludur”

“Bu gün Azərbaycanda Mübariz Mənsimovu sevməyən bir insanı mən görmədim. Kasıbından tutmuş ziyalısına, professoruna, akademikinə qədər, sənət dünyasının təmsilçilərinə qədər hər kəs Mübariz Mənsimova qarşı bir sevgi ilə yaşayır.”


 Azad Səs AKTUAL TV-yə istinadən xəbər verir ki, bunu xalq artisti, tanınmış incəsənət xadimi Ağadadaş Ağayev deyib. O bildirib, Mübariz Mənsimovla heç vaxt görüşməyib. İlk tanışlığının tarixçəsi isə, 10 il əvvələ gedib çıxır.
“Bizim bir ortaq sənətçi dostumuz var – Baloğlan Əşrəfov. 10 il əvvəl Baloğlan müəllim qara ciyərdə çox ağır xəstəlik keçirdi və qara ciyər transplantasiyası əməliyyatı üçün İstanbula getdi. O zaman məhz Mübariz Mənsimov şəxsi təyyarəsi ilə Baloğlan Əşrəfovu Türkiyəyə gətirdi. Mübariz bəy cərrahiyyə əməliyyatı ilə bağlı bütün xərcləri öz üzərinə götürdü. Həmin vaxt səhiyyə nazirliyindən də bir icazə alınmalı idi ki, bu məsələni də şəxsən mən həll etdim. Mən Mübariz Mənsimovu bundan sonra tanımışam.  Baloğlan Əşrəfov bu gün həyatdadır, sağlıqla yaşayır. Əlbəttə, əmr Allahdan gəlsə də, Allah yer üzərində müəyyən insanları vasitəçi edir. Burada da vasitəçi Mübariz Mənsimov oldu. Mənim və insanların yaddaşlarında Mübariz Mənsimov məhz belə qalıb.
Bu hadisədən sonra Ağadadaş Ağayev Mübariz Mənsimovun həyatı, biznesi, fəaliyyəti ilə daha yaxından maraqlanıb.
“Nəticədə mən ona, həqiqətən də,  “Vətən oğlu” deyərək müraciət edirəm. Gözəl bir Vətən oğludur. Mən onun bütün əməllərini araşdırdıqdan sonra gördüm ki, xeyriyyəçilik, insanlara əl tutmaq bu insanın həyatının ayrılmaz bir parçasıdır. Mən Baloğlan Əşrəfovu xəstəxanada ziyarət edərkən, Mübariz Mənsimovla bir dəfə telefonla danışdım. Qısa söhbətimiz oldu və mən təşəkkürlərimi bildirdim. Tanışlığımız oradan başlayıb.”
Xalq artisti Ağadadaş Ağayev vurğulayıb ki, Mübariz Mənsimovun Azərbaycan və Türkiyəyə olan sevgisinə zərrə qədər şübhə etmir.
“Bu gün Mübariz Mənsimov həbsxanadadır. Biz, yəni Azərbaycanın məşhur sənətçiləri, dövlət tədbirlərində fəal iştirak edən incəsən xadimləri bir məktub hazırladıq. Həmin məktubda mənim də imzam var. Bu məktubu hörmətli dövlət başçımız İlham Əliyevə göndərmişik. Azərbaycan Prezidentindən xahiş etdik ki, bu məktubu Türkiyə dövlətinin rəhbəri Rəcəb Tayyib Ərdoğana çatdırsın. Bizim Ulu öndərimiz Heydər Əliyev “Bir millət, iki dövlət” deyib. Bu gün nə Azərbaycanın, nə Türkiyənin dövlət başçıları Mübariz Mənsimova qarşı ədalətsizliyin edilməsini istəməzlər. Mən belə hesab edirəm. Mən buna inanmıram. Çünki Mübariz Mənsimov sıradan bir insan deyil. O, dişi və dırnağı ilə yüksək məqamlara nail olub. Mən onun instagram-dakı yazılarını da izləyirəm. O, Azərbaycan dövlətini də, dövlət başçısını da, Türkiyə xalqını və dövlətini də çox sevən insandır. Mənim onun sevgisinə zərrə qədər şübhəm yoxdur. O, çox mərd insandır, çünki mən onu elə tanımışam.”
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu