Главная > Cəmiyyət > Ağadadaş Ağayev: “Mübariz Mənsimov gözəl Vətən oğludur”
Ağadadaş Ağayev: “Mübariz Mənsimov gözəl Vətən oğludur”17-05-2020, 20:03. Разместил: azadses |
“Bu gün Azərbaycanda Mübariz Mənsimovu sevməyən bir insanı mən görmədim. Kasıbından tutmuş ziyalısına, professoruna, akademikinə qədər, sənət dünyasının təmsilçilərinə qədər hər kəs Mübariz Mənsimova qarşı bir sevgi ilə yaşayır.”Azad Səs AKTUAL TV-yə istinadən xəbər verir ki, bunu xalq artisti, tanınmış incəsənət xadimi Ağadadaş Ağayev deyib. O bildirib, Mübariz Mənsimovla heç vaxt görüşməyib. İlk tanışlığının tarixçəsi isə, 10 il əvvələ gedib çıxır. “Bizim bir ortaq sənətçi dostumuz var – Baloğlan Əşrəfov. 10 il əvvəl Baloğlan müəllim qara ciyərdə çox ağır xəstəlik keçirdi və qara ciyər transplantasiyası əməliyyatı üçün İstanbula getdi. O zaman məhz Mübariz Mənsimov şəxsi təyyarəsi ilə Baloğlan Əşrəfovu Türkiyəyə gətirdi. Mübariz bəy cərrahiyyə əməliyyatı ilə bağlı bütün xərcləri öz üzərinə götürdü. Həmin vaxt səhiyyə nazirliyindən də bir icazə alınmalı idi ki, bu məsələni də şəxsən mən həll etdim. Mən Mübariz Mənsimovu bundan sonra tanımışam. Baloğlan Əşrəfov bu gün həyatdadır, sağlıqla yaşayır. Əlbəttə, əmr Allahdan gəlsə də, Allah yer üzərində müəyyən insanları vasitəçi edir. Burada da vasitəçi Mübariz Mənsimov oldu. Mənim və insanların yaddaşlarında Mübariz Mənsimov məhz belə qalıb. Bu hadisədən sonra Ağadadaş Ağayev Mübariz Mənsimovun həyatı, biznesi, fəaliyyəti ilə daha yaxından maraqlanıb. “Nəticədə mən ona, həqiqətən də, “Vətən oğlu” deyərək müraciət edirəm. Gözəl bir Vətən oğludur. Mən onun bütün əməllərini araşdırdıqdan sonra gördüm ki, xeyriyyəçilik, insanlara əl tutmaq bu insanın həyatının ayrılmaz bir parçasıdır. Mən Baloğlan Əşrəfovu xəstəxanada ziyarət edərkən, Mübariz Mənsimovla bir dəfə telefonla danışdım. Qısa söhbətimiz oldu və mən təşəkkürlərimi bildirdim. Tanışlığımız oradan başlayıb.” Xalq artisti Ağadadaş Ağayev vurğulayıb ki, Mübariz Mənsimovun Azərbaycan və Türkiyəyə olan sevgisinə zərrə qədər şübhə etmir. “Bu gün Mübariz Mənsimov həbsxanadadır. Biz, yəni Azərbaycanın məşhur sənətçiləri, dövlət tədbirlərində fəal iştirak edən incəsən xadimləri bir məktub hazırladıq. Həmin məktubda mənim də imzam var. Bu məktubu hörmətli dövlət başçımız İlham Əliyevə göndərmişik. Azərbaycan Prezidentindən xahiş etdik ki, bu məktubu Türkiyə dövlətinin rəhbəri Rəcəb Tayyib Ərdoğana çatdırsın. Bizim Ulu öndərimiz Heydər Əliyev “Bir millət, iki dövlət” deyib. Bu gün nə Azərbaycanın, nə Türkiyənin dövlət başçıları Mübariz Mənsimova qarşı ədalətsizliyin edilməsini istəməzlər. Mən belə hesab edirəm. Mən buna inanmıram. Çünki Mübariz Mənsimov sıradan bir insan deyil. O, dişi və dırnağı ilə yüksək məqamlara nail olub. Mən onun instagram-dakı yazılarını da izləyirəm. O, Azərbaycan dövlətini də, dövlət başçısını da, Türkiyə xalqını və dövlətini də çox sevən insandır. Mənim onun sevgisinə zərrə qədər şübhəm yoxdur. O, çox mərd insandır, çünki mən onu elə tanımışam.” Вернуться назад |