azadses.az » Cəmiyyət » Kamran Həsənli: “Mübariz uğrunda mübarizə aparın”

Kamran Həsənli: “Mübariz uğrunda mübarizə aparın”

“Mübariz Mənsimov yalnız bir bölgənin deyil, bütün Azərbaycanın qürur duyduğu insandır. Mən də onunla dostluğumdan, onun dünyada Azərbaycan və Türk düşüncəsi naminə gördüyü işlərdən qürur duyuram.”

Azad Səs AKTUAL TV-yə istinadın xəbər verir ki, bunu Azərbaycanda məşhur televiziya layihələrinin aparıcısı Kamran Həsənli YouTube üzərindən yayımlanan SAMM TV-nin “Vətənoğluna Azadlıq” verilişinə açıqlamasında bildirib.
O deyib ki, Azərbaycanın varlı insanlar ənənəsi çox qısadır. “Sovet imperiyası Azərbaycanı işğal edəndən sonra bizim varlı insanlarımızın, yəni millətə əl tutan, millətin təhsilinə, onların yaşayışına kömək edən insanlarımızın arası kəsildi. Üstündən 90 ilə qədər vaxt keçəndən sonra Azərbaycan yenə düşüncəli, intellektual insan əldə etdi. Əslində, insan olmaq böyük bir intellekt və istedad tələb edir ki, bunlar da Mübarizdə var.”
Kamran Həsənli bildirib ki, Mübariz Mənsimov Azərbaycanın çox sadə bir ailəsindəndir və onun ata-babası da sadə insanlardı. “Onun anası – qəhrəman anadır. Bu, çoxuşaqlı ailədir. Mübariz öz biliyi ilə, öz savadı ilə, öz düşüncəsi ilə, öz əqidəsi ilə və öz iradəsi ilə dost-qardaş Türkiyədə iş qurmuş azərbaycanlıdır. Üstəlik, Mübarizin həbsi Azərbaycanla Türkiyənin arasını vurmaq istəyən bəzi qruplar üçün bir fürsətə çevrilib. Mən belə insanlara səslənirəm və deyirəm ki, belə hallara yol verməyin. Bu işdə nə Türkiyə dövlətinin, nə Azərbaycan dövlətinin əli var.”

Mübariz Mənsimova qarşı irəli sürülən ittihamları uydurma adlandıran Kamran Həsənli vurğulayıb ki, “fetöçu” ittihamı keçmiş sovet dövründə Stalinin ortaya atdığı “trotskiçi” ittihamı eyni mahiyyət kəsb edir.
Vəkillər başqa ittihamlara cavab verə bilər, faktlar və əks-arqumentlər irəli sürə bilərlər. Amma sənə “trotskiçi” deyəndə, “fetöçu” deyəndə buna necə cavab verəcəksən? Bu, bir şəryaxmaya bənzər bir şeydir. Vaxti ilə insanlara “trotskiçi” damğası vururdular, halbuki Trotskinin o insanlardan heç xəbəri yox idi, onları heç tanımırdı.”
Mübariz Mənsimovun Fətullah Gülənlə tanışlığının olması iddiasını böyük sual altında qoyan teleaparıcı daha sonra bunları deyib: “Yaşlı bir adamdır (Fətullah Gülən – red.). Yəqin, onu heç tanımır da. Amma onunla münasibətə qalarsa, hansısa bir telefon danışığına qalarsa, məncə Türkiyənin bütün siyasi isteblişmentinin o adamla tanışlığı da var, iş birlikləri də olub, birlikdə şəkilləri də var, videoları da var. Ona görə bu, ittiham ola bilməz. Bu ittiham çox çətin ittihamdır. Sən necə sübut edə bilərsən ki, mən “fetöçu” deyiləm? Ümumiyyətlə, “fetöçu” nədir, nə ittihamdır? “FETÖ” Trotskinin prototipidir. Üstəlik, Türkiyənin bir çox önəmli insanlarına, hətta qatil Öcalanı Keniyadan Türkiyəyə gətirən generala da bu ittiham verilmişdi. Amma sonda biz Türkiyə ədalətinə inanırıq, çünki həmin o adamlar, həmin o hərbçilər, həmin o jurnalitlər, siyasilər bəraət qazandı. Düzdü, həyatlarının önəmli hissəsi zindanda keçdi və bunun əvəzini kimin ödəyəcəyi də hələ məlum deyil. Mübariz qardaşımızın da həyatının çox önəmli bir dövrüdür. Həbsxanada keçir bu dövr. Bu bizə çox böyük ağrı verir. Biz istərdik ki, yalnız advokatlar yox, ədaləti sevən bütün insanlar bu işdə bizimlə birlikdə Mübariz uğrunda mübarizə aparsınlar.”

“Vətənoğluna Azadlıq” verilişinə İstanbuldan qatılan yazıçı-jurnalist Mustafa Gürbüz isə Mübariz Mənsimovun hüquqlarının müdafiəsində, ona dəstəyin göstərilməsində nüfuz sahibi olan azərbaycanlıları fəaliyyətsiz olmaqda təqsirləndirdi.
Azərbaycan diasporu, yəni diaspor dedikdə, Türkiyədəki məşhur azərbaycanlıları nəzərdə tuturam. Bu məsələdə onlar da bir az geridə qaldılar. Türkiyədə cəmiyyətin çox yaxından tanıdığı və Türkiyədə çox nüfuzlu dairələri tanıyan insanlar var. Onlar Azərbaycanda məşhur isimlərdir. Məsələn, millət vəkili Qənirə Paşayeva var. Mənim müşahidələrimə görə, Qənirə xanım 2-3 gündən bir Türkiyədə konfranslara qatılır, tədbirlərdə iştirak edir. O, mətbuatda da çox sayılır və sevilir. Mən, məsələn, bu xanımın Mübariz bəyə ən azından insani bir dəstək mesajını görmədim. Sabir Rüstəmxanlının çox dəyərli həyat yoldaşı Tənzilə Rüstəmxanlı var. Azərbaycanda Türkiyə evini idarə edir və, bildiyimə görə, Türkiyədən Azərbaycana gələn qonaqlar, ilk növbədə, Tənzilə xanımın qonaqları olurlar. Onun Türkiyənin sənət dünyası ilə çox sıx və səmimi əlaqələri var. Məsələn, Tənzilə xanımın bu məsələdə daha fəal olması Türkiyə cəmiyyətinə çox təsir edə bilərdi. Hər kəsin idman dünyasından tanıdığı, “Fənərbaxça”da yarışan Ramil Quliyev adlı bir atlet var. Dünya rekordsmenidir. O, Türkiyədə çox sevilir. Bu məsələdə fəal ola bilərdi. Dünya çapında tanınan bir idmançı Zabit Səmədov var. Türkiyədə milyonlarla pərəstişkarı var. Bu məsələdə heç bir işini, heç bir paylaşımını görmədik. Mübariz bəyi tanımaya bilərlər, əlaqələri olmaya bilər, amma Azərbaycanlı qardaşlarımızın sahib çıxdıqları bu insana onlar da sahib çıxsa idilər, Türkiyə cəmiyyətində bu mövzu böyük müzakirəyə səbəb olurdu. Hesab edirəm ki, bunlar çox önəmli fəaliyyətlər ola bilərdi.”
Verilişə tam şəkildə burada baxa bilərsiniz:

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu