azadses.az » Mədəniyyət » Arif Quliyev: Qonorarlar məni qane edir, bir gün çəkilməyə görə 500 manat alıram

Arif Quliyev: Qonorarlar məni qane edir, bir gün çəkilməyə görə 500 manat alıram

Kommersiya filmlərində oynamamağımın xüsusi bir səbəbi yoxdur. Bilirsiniz ki, o tip filmlər çəkildiyi zaman hər kəsin öz komandası olur. Düzdür, əvvəllər bu proses başqa idi. Ancaq hazırda hər şey dəyişib. Belə ki, indi beş nəfər yığılıb tanıdıqları insanları çəkir. Bunun özü də yaxşı bir şeydir. Hesab edirəm ki, komediya filmi olsa, məni də dəvət edərlər.
Azadsəs xəbər verir ki bunu Oxu.Az-a müsahibəsində Xalq artisti Arif Quliyev deyib.
“Komediya seriallarından dəvət gələndə qəbul edirəm. Amma hələlik təkliflər yoxdur. Sonuncu dəfə 2014-cü ildə dövlətin çəkdiyi “Axırıncı dayanacaq” filmində oynamışam. Hazırda iki film təklifi gəlib. Birinin ssenarisi hazırdır. Hələlik təklifləri dəyərləndirirəm. Ssenari yaxşı olsa, qəbul edəcəyəm.İndiyə kimi 10-15 özəl filmdə çəkilmişəm. Verilən qonorarlar da məni qane edir. Bir gün çəkilməyimə görə 500 manat alıram. Məsələn, son oynadığım serialda günə 100 manat alırdım. Bu normaldır”.
“Teatrlara gedən tamaşaçıların sayında azalma səbəbi nədir?” sualına Arif Quliyev bu barədə deyilənlərlə razılaşmadığını qeyd edib:
“Onu deyənlər öncə teatrlara gedib baxsın. İnanın ki, teatrlara getsələr, o sözləri deməzlər. Məsələn, bu yaxınlarda bir tamaşaya baxmağa getdim. İnanın ki, zal dolu idi. Bəzən görmədikləri bir şey haqqında fikir bildirirlər. Bu, düzgün deyil”, - deyə Xalq artisti əlavə edib.
“Gənc aktyorların daha çox seriallara üstünlük verməsi nə ilə bağlıdır?” sualına “Əlavə iş kimi bunu etmələrində qəbahətli bir şey görmürəm. Teatrlarda hər şey yaxşıdır. Sadəcə aktyorlar seriallarda da oynayırlar. Boş vaxtlarında bunu etmələri heç də pis deyil. Onlar işdən qaçmırlar. Əsas baza və məktəb teatrdır.
Bəzən deyirlər ki, aktyor teatrda işləyirsə, həmişəlik elə orada da qalmalıdır. Əsla, bu belə olmamalıdır. Aktyor işsiz dayana bilməz. O, teatrda, kinoda, seriallarda, tədbirlərdə, televiziyalarda iştirak etməlidir. Aktyor paslana bilməz, daim axtarışda və üzdə olmalıdır”, - deyə cavab verib.
“İndiki komediya filmlərini bəyənirsiniz?” sualına aktyor həm komediya aktyorlarını, həm də filmlərini bəyəndiyini deyib:
“Bir söz var, “dama-dama göl olar”. Mən də birdən-birə Arif Quliyev olmamışam. Əziyyət çəkdikdən sonra bu səviyyə gəlib çatmışam. Hər aktyorun arzusu məşhur olub sevilməkdir. Sevilmək Allaha bağlıdır.
Gündəmə öz şəxsi həyatları ilə gələnlər özləri bilər. Bəzən bu, rejissordan asılıdır. Aktyora nə deyilirsə, onu da edir. Çox vaxt isə özlərinin xoşuna gəldiyi üçün bunu edirlər. Demokratiyada hər şey labüddur.
Məsələn, mən bir maşını 20 il sürmək, 45 il bir evdə yaşamaq istəyirəm. Amma başqası hər il maşını dəyişib, villa və ya bağ evinin olmasını istəyir. Ancaq mənim bağ evim yoxdur. Heç o barədə fikirləşmirəm.
Ümumiyyətlə, hər kəs məşhur olmaq istəyir. Amma hərənin öz tamaşaçısı var. Məsələn, Rasim Balayevin, Nəsibə Zeynalovanın, Zeynəb Xanlarovanın, Afaq Bəşirqızının öz zirvəsi var. Bu həyatda nəsə gözləmədən həmişə hər şey özü gəlib məni tapıb”.
“Son vaxtlar həmkarlarınızın estetik əməliyyatlar etdirməsinə münasibətiniz?” sualına cavab olaraq, aktyor yeniliyə yaxşı baxdığını deyib:
“Etdirdikləri yeri bilmirəm. Yoxsa gedib mən də elətdirərdim (gülür). İnsan olduğu kimi görünməli, göründüyü kimi olmalıdır. Yunan filosofu Heraklit deyib: “Hər şey təmizlənib, hər şey inkişaf edir”. Onlar da xaricdə bu prosesləri görüb dəyişmək, gözəlləşmək istəyirlər. Bu, təbii bir şeydir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu