azadses.az » Manset » Aleksandr Duqin Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı: “Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ

Aleksandr Duqin Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı: “Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ

Ermənistan Rusiyanın Xarici İşlər naziri Serqey Lavrovun açıqlaması ilə aldığı “soyuq duşdan” hələ də özünə gələ bilməyib. Xatırladaq ki, S.Lavrov danışıqların davam etdiyi Qarabağ münaqişəsinin mərhələli həllinə dair sənədin olduğunu təsdiqləyib.
Ötən gün Rusiyanın “Kommersant” qəzeti Ermənistan Xarici İşlər Nazirliyinin Qarabağ münaqişəsinin həlli üçün mərhələli planın müzakirə edilməsi faktını qəti şəkildə təkzib etməsi ilə bağlı cavabını yayımlayıb:
“Ermənistan üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının mərhələli variantını nəzərdə tutan, hələ 2018-ci ildən əvvəl təqdim olunan bu cür təkliflər qəbuledilməzdir. Üstəlik, 2018-ci ildən bəri Ermənistan mərhələli tənzimləmə əsasında danışıqlar aparmır”.
Başqa sözlə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra məhz 2018-ci ildən Ermənistan Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı konstruktiv danışıqlar aparmır.
Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası da özünü gözlətmədi - Ermənistan XİN-in ölkənin 2018-ci ildən bəri münaqişənin mərhələli şəkildə həllinə əsaslanaraq danışıqlar aparmaması barədə açıqlamasını haqlı olaraq gülünc adlandırdı.
Siyasi elmlər doktoru, rusiyalı filosof və publisist, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Media.Az-a verdiyi müsahibədə vəziyyəti şərh edib.
- Rusiya Xarici İşlər naziri Serqey Lavrov Qarabağ münaqişəsinin nizamlanması üçün mərhələli bir planın danışıqlar masasında olduğunu söylədi. Ermənistan XİN bu məlumatı təkzib etməyə tələsdi - erməni tərəfinin mərhələli həll yolu ilə bağlı hər hansı bir variantı qəbul etmədiyi barədə bəyanat verdi…
- Söhbət ilk mərhələdə beş rayonun (işğal olunmuş - red.) Azərbaycana qaytarılmasından gedir. Bu barədə razılıq daha əvvəl, Serj Sarqsyanın Ermənistan prezidenti olduğu zaman əldə edilib. Bu, kommunikasiya əlaqələrini açmaq, qarşılıqlı fəaliyyətə keçmək üçün şərt idi. Hesab edirəm ki, plan əladır. Ermənistan bunu qəbul etməyə hazır idi. Problem planın izah edilməməsindədir. Belə oldu ki, dövlət başçılarının razılığı ictimai rəyə əsaslanmadı. 
Nikol Paşinyanın rəhbərliyi dövründə isə elə təəssürat yarandı ki, elə bil insanlar bu plan haqqında ilk dəfə eşidirlər.
N.Paşinyan xüsusi mövqe tutdu. Bəzən bu barədə ilk dəfə eşitdiyini deyirdi, sonra bunun əvvəlki rəhbərliyin fikri olduğunu, amma bu müqavilənin altına imza atmadığını və sair söylədi. Ancaq Rusiya ona təzyiq etdikdə isə deyirdi: “Yaxşı, gəlin müzakirə edək”.
Yəni, Nikol Paşinyanın dəqiq bir mövqeyi yox idi. Birbaşa qərardan uzaqlaşırdı. Beləliklə, planın mövcudluğu ilə bağlı “Paşinyanın tərəddüd paradiqması”ndayıq... Halbuki, min dəfə müzakirə olunub, danışılıb. Hərəkətlərin alqoritmləri aydındır. Amma hər dəfə söhbətin nədən getdiyini heç kimin anlamadığı barədə açıqlamaları ilə rastlaşırıq.
N.Paşinyan hakimiyyətə gəlməzdən əvvəl də dəfələrlə demişəm ki, ilk mərhələdə Azərbaycanın beş rayonunun (işğal olunmuş - red.) qaytarılması barədə danışmalıyıq. İndi növbəti dəfə N.Paşinyan və ümumiyyətlə, erməni tərəfi deyir ki, heç bir rayon barədə məlumatlı deyillər.
Belə çıxır ki, “Yenidən hər şey əladır”. Halbuki, ağlabatan, rasional plan hazırlanıb. Lakin erməni tərəfi gah söhbətin nədən getdiyini anlayır, gah da anlamır.
- Bəs “Kommersant” qəzetindəki məqaləni necə şərh edə bilərsiniz? Ermənistan XİN 2018-ci ildən bəri Yerevanın mərhələli həll planını müzakirə etmədiyini bildirdi.
- Əslində, danışıqlarda məhz bu plan müzakirə olunur. Başqa plan sadəcə, yoxdur. Erməni tərəfi hər kəs üçün qəbuledilməz qərarların verilməsində təkid edir. Ancaq təkrar edirəm, başqa plan sadəcə, mövcud deyil! Mən bu planın tərəfdarıyam, onu təbliğ edirəm. Düzdür, indi Rusiya, Azərbaycan və Ermənistan daha bir ciddi problemlə üzləşib. Söhbət koronavirusdan gedir. Bundan sonra nə olacaq, heç kim bilmir. Ölkələr böhrandan necə çıxacaqlar? Bu çox ciddi bir məsələdir. Erməni diasporu Ermənistana əvvəlki kimi kömək edəcəkmi? Axı Ermənistan xaricdən gələn maliyyə “inyeksiyaları” səbəbindən bir çox cəhətdən davam gətirmişdi. Havadan asılı vəziyyətdəyik. Hansı keyfiyyətdə, kim sağ qalacaq? Qayıdacağımız dünya əvvəlki kimi olmayacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu