azadses.az » Mədəniyyət » Şadlıq evləri qan ağlayır: “Toylarımız azalıb, vəziyyət ürəkaçan deyil”

Şadlıq evləri qan ağlayır: “Toylarımız azalıb, vəziyyət ürəkaçan deyil”

Xalqımın toy kimi bir adəti var - məşhur “Bəyin oğurlanması” filmində deyildiyi kimi... Sabahdan Azərbaycanda yeni toy mövsümü başlayır.

Çünki bu gün Səfər ayı başa çatıb.

Bu il Məhərrəm ayı sentyabrın 1-də başlayıb, ayın 10-da Aşura günü olub. Sentyabrın 29-da Məhərrəm ayı başa çatıb və Səfər ayı başlayıb. Oktyabrın 29-da Səfər ayı yekunlaşıb.

Adətən  məhərrəmlik müddətində toy biznesi təmamilə çökür. Buna səbəb isə Məhərrəm və Səfər aylarında toy etməyin dini baxımından günah hesab edilməsidir. 

Maraqlıdır, sabahdan toy mərasimlərinə qucaq açan restoran və şadlıq saraylarının sifarişi çoxdurmu?

Azadses.az xəbər verir ki Modern.az-
ın əməkdaşı restoranlardakı vəziyyətlə maraqlanıb.
 
Buta Palace: “Bizim digər restoranlardan fərqimiz odur ki, bizdə gündəlik toylar təşkil olunmur. Yəni biz ənənəvi xarakter daşımırıq. Buta Palace-da bir toyun keçirilməsi üçün xeyli vaxt lazımdır. Biz kəmiyyətə yox, keyfiyyətə işləyirik. Məhərəmlikdə toy məclisləri təşkil olunmasa da, tez-tez tədbirlər keçirilib. Məhərrəmlik mövsümünün bitməsi ilə əlaqədar əvvəlcədən toy sifarişləri verilməyib. Noyabr ayı üçün sarayımızda toy məclisi nəzərdə tutulmayıb”.

Hollywood: 
“Bizdə toylar o qədər də tez-tez təşkil olunmur. Olsa da, əsasən şənbə və bazar günləri keçirilir. Məhərrəmlik ayında ümumiyyətlə tədbirlər də keçirilmir. Hazırda noyabr ayına toyun keçirilməsi ilə bağlı sifariş verilməyib”.

Kleopatra:
“Bizdə vəziyyət o qədər də ürəkaçan deyil. Əvvəllər toy etmək istəyən çox idi. İndi isə palatka toylarına maraq daha çox artığından, restoranların bazarı ölür. Ay ərzində 4-5 toy ola, ya olmaya. Məsələn, noyabr ayına hələ ki iki toy sifarişimiz var ”.

Ay işığı
: “Toyların təşkili bizdə yüksək səviyyədə keçirilir. Noyabr ayına da sifarişlərimiz müəyyən qədərdir. Bizdə məhərrəmlik müddətində tədbirlər təşkil olunmur. Noyabr ayının axırına kimi  xeyli toy sifarişlərimiz var. Hətta elələri olub ki, öz sifarişini iyun ayından verib”.
 
Monte Kristo: “Noyabr üçün sifarişlər verilib, ancaq əvvəlki aylara baxanda azlıq təşkil edir. Yəqin ki, bundan sonra olacaq. Onu deyə bilərik ki, vəziyyət o qədər də ürəkaçan deyil. Noyabr ayına təxminən 7 toy sifarişi var”.

Niaqara: “
Bizdə vəziyyət qənaətbəxşdir. O qədər də pis deyil, ortadır. Əvvəlki illərə baxanda indi restoranlara təlabat azalıb. Məsələn, bir aya 15 toy sifariş verilirdisə, indi heç 10-a çatmır”.

Neolit
: “İndi heç bir restoranda balans yüz faiz təşkil etmir. Çünki aylar üzrə baxanda, əvvəlki illərlə müqayisə etsək, toylar çox azalıb. Gündə bir şadlıq evi tikilir. Noyabr ayına sifarişlərimiz var, ancaq dəqiq sayını deyə bilmərik. Azərbaycanda 100-dən çox şadlıq sarayı var, hər bir restoranın da öz müştərisi olur. Hələ ki bizdə vəziyyəti normal saymaq olar”. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu