azadses.az » Cəmiyyət » Kirayə evlər: heç vaxt sənin olmayacaq mənzil üçün niyə pul ödəməlisən?

Kirayə evlər: heç vaxt sənin olmayacaq mənzil üçün niyə pul ödəməlisən?

180 kvadratmetr olan mənzillər kimlər üçün nəzərdə tutulub?
22 yanvar səhərini Bakıda minlərlə kasıb ailə gözləyirdi. "Elektron İpoteka və Kredit Zəmanət Sistemi" portalında kirayə mənzil almaq mexanizmi çərçivəsində qeydiyyata alınma düz saat 10: 00-da başlamalı idi. Ancaq qeydiyyatın başlamasından yarım saat əvvəl sayt çökdü və mənzillərin seçilməsi qaydası qeyri-müəyyən müddətə təxirə salındı.
Qeyd edək ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən həyata keçirilən bu sosial proqram yoxsul vətəndaşların yaşayış və məişət şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur.Əgər bütün texniki nüansları bir kənara qoysaq, onda onun mahiyyəti aşağıdakı kimidir: Fond Bakı, Xırdalan və Sumqayıtdakı mənzilləri alır və sonra aylıq müəyyən məbləğ ödəmək müqabilində 25 ilədək uzunmüddətli icarəyə verir.
Bu müddətdən sonra mənzil vətəndaşın mülkiyyətində qalır. Başqa sözlə, bu başqa bir ipoteka növüdür, lakin daha çox sosial yönümlüdür. Proqramın ilk mərhələsində 330-dan çox mənzil alınıb.
Alqı-satqı hüququ olan kirayə mənzillər barədə məlumat çoxdan var idi və büdcəsinin çox hissəsini kirayə mənzillərə xərcləyən bir çox yoxsul ailələr bu proqramın başlamasını səbirsizliklə gözləyirdilər.
Ancaq 25 il sonra da olsa şəxsi mənzil əldə edəcəklərini arzulayan bir çox ailələrin ümidləri sərt reallıqlar qarşısında puç oldu.
Alınma hüququ olan əksər mənzillərin icarə dəyəri Bakıda kirayə mənzillərin orta qiymətini xeyli üstələyir. Nəzərə alsaq ki, proqram əvvəlcədən hazırda ayda 250-300 manata ucuz mənzillər icarəyə götürən aztəminatlı ailələrə yönəldilmişdi, onda demək olar ki, indi həmin qiymətlər onlar üçün artıq ağır yükə  çevrilib.
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, Bakıda mənzil üçün aylıq ödəniş 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə  297 manatdan başlayacaq.
Bir daha təkrar etməyə dəyər ki, söhbət məhz minimum qiymətlərdən gedir. Belə ki, məsələn, vətəndaş 58 kvadratmetrlik bir mənzil üçün 25 il ərzində hər ay 411 manat ödəməli olacaq. Yəni  25 il ərzində bu mənzil üçün ümumilikdə 123000 manatdan çox pul ödəmək lazım olacaq ki, bu da hər kvadratmetrin 2100 manatdan baha başa gələcəyi deməkdir. Yeri gəlmişkən, bu cür hesablamalarla "Marja" iqtisadi agentliyi çıxış edib.
Sonda adi bir ipotekanı yüksək faiz dərəcəsi ilə alırıq ki, buradan sosial yönümlü proqramın heç qoxusu belə gəlmir.
İpoteka və Kredit Zəmanət Fondunun bu proqram çərçivəsində 150-180 kvadratmetrlik mənzillər alması xüsusilə təəccüb doğurur, hansı ki, heç bir halda yoxsul vətəndaşlar üçün nəzərdə tutula bilməz.
 Belə bir mənzilə sahib olmaq üçün, kasıb bir ailə sonradan onu almaq üçün aylıq 1200-1300 AZN kirayə haqqı ödəməli olacaq. Ailə kirayə mənzil üçün bu cür xərci qarşılaya biləcəyi təqdirdə isə, o, avtomatik olaraq yoxsul sayıla bilməz.
Onda sahəsi 180 kvadratmetr olan mənzillər kimlər üçün nəzərdə tutulub? Axı, daha çox sayda kiçik mənzillərin alınmasına pul xərcləmək və onları daha geniş əhali kütləsinə təklif etmək daha məqsədəuyğun olar...
Qiymətlərin həddən artıq yüksək olmasına baxmayaraq, mənzil almaq istəyən və ya heç olmasa satın almaq hüququ olan kirayə mənzil mexanizmi ilə maraqlananlar çoxdur. Ziyarətçi axınına görə sistemin saytının texniki nasazlığı və çökməsi də məhz bununla izah edilir.
İnsanların məntiqini başa düşmək olar-bir halda ki, onu almaq hüququ ilə icarəyə götürmək olar, heç vaxt sənin olmayacaq mənzil üçün niyə kirayə haqqı ödəyəsən ki?! Baxmayaraq ki, icarə haqqı həqiqətən də olduqca yüksəkdir... /virtualaz/



DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu