azadses.az » Cəmiyyət » Məşhurların Nərminin ölümü ilə bağlı fəryadı: “Belə cinayətləri törədənlər güllələnməlidir”

Məşhurların Nərminin ölümü ilə bağlı fəryadı: “Belə cinayətləri törədənlər güllələnməlidir”

Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın ölüm xəbəri hamını dərindən sarsıldıb. Bir çox məşhurlar sosial şəbəkə hesablarında qandonduran hadisə ilə bağlı fikirlərini yazaraq, dərin kədər hissi keçirdiklərini qeyd ediblər.Azadsəs xəbər verir ki Oxu.Az-ın əməkdaşı dəhşətli olayla bağlı şərh almaq üçün Xalq artisti Nazpəri Dostəliyeva və müğənni Nadir Qafarzadə ilə əlaqə yaradıb.
Hər iki məşhur törədilmiş cinayət hadisəsindən çox təsirləndiklərini bildirib və mütəəssir olduqlarını dilə gətiriblər:
“Ürəyim parça-parça olur. Sözün bitdiyi yerdir. İnsan söz tapmır ki, bu müsibətə nəsə desin. Ermənilər bizim körpələrimizi, cavan gəlinlərimizi bu cür işgəncə verə-verə öldürüblər. Bu hadisənin özümüzünkü tərəfindən törədilməsi dəhşətdir. Çox pisəm.
Allah bu günləri bir də bizim xalqımıza göstərməsin. Bu cür peşmanlıqları nə görək, nə də eşidək. Dünəndən dünyam qaraya boyanıb. Özümə yer tapa bilmirəm. Bu uşağın nə günahı var idi? Tanrıdan bir də bu cür ürəkdağlayan hadisələrə şahid olmamağımızı diləyirəm”, -  deyə Xalq artisti Nazpəri Dostəliyeva bildirib.
Müğənni Nadir Qafarzadə isə qeyd edib ki, Nərminin heç bir günahı yox idi:
“Onun yaşı belə imkan vermir ki, hansısa bir günah iş görsün. Bu vəhşiliyi törədən cinayətkara deməyə söz tapa bilmirəm. Heç bir ağla, vicdana, qeyrətə, insanlığa sığmayan hərəkətdir. Bu mələk nə etdi axı sizə?! Bu yolla olmayan kişiliyinizi, gücünüzü göstərmək istəyirdiniz?
Düşünürəm ki, Azərbaycanda bu cür cinayətləri törədənlər güllələnməlidir. Həmin şəxsə təxminən 15-20 ilə qədər iş verəcəklər. Çıxıb yenə də kefini çəkəcək. Amma bir qızcığazın həyatı məhv oldu. Ona görə də qanuna “güllələnmək” cəzası əlavə olunmalıdır.
Bu kimi cəza növləri qanuna tətbiq edildikdən sonra, bəlkə, cinayət və onları törədənlərin sayı azalar. Çox əsəbiyəm, inanın bu xəbəri eşidəndən özümdə deyiləm. Bu dəhşətdir. Mən söz tapa bilmirəm. Bu hadisəni düşmən yox, özümüzünkü edib. Acınacaqlı bir vəziyyətdir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib