azadses.az » Manset » Prezident bu işi nəzarətə götürməsəydi...

Prezident bu işi nəzarətə götürməsəydi...

İki ay əvvəl itkin düşən və bir neçə gün öncə yandırılmış meyiti tapılan Nərmin Quliyeva olayı ölkə gündəmində əsas müzakirə obyektinə çevrilib. İnsanlar bu hadisənin şokunu yaşayır, sosial şəbəkələrdə Nərminin qətlində günahkar olan şəxslərin tez bir zamanda tapılması və ən ağır formada cəzalandırılması ilə bağlı çağırışlar edilir. Hətta bu çağırışlar arasında ölkə Prezidentindən ölüm hökmünün bərpa edilməsi ilə bağlı xahişlər də var. 
Məsələ dünən Baş prokuror Zakir Qaralovun verdiyi açıqlama ilə ən pik reaksiya həddinə çatdı. Baş prokuror bildirdi ki, Nərminin qətli ilə bağlı cinayət işi ölkə Prezidentinin birbaşa nəzarətindədir. Məhz bu açıqlamadan sonra hadisənin baş verdiyi Tovuz rayonunun Dondar Quşçu kəndinə yüksək rütbəli zabitlər ezam olundu və üstündən bir gün keçmədən hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanıldı. Rəsmi məlumatda artıq həmin şəxsin əməlini etiraf etdiyi də qeyd olunub.
"Qafqazinfo" xəbər verir ki, bu olay, hadisənin dinamikası, mətbuatda verilən reaksiyalar, dərc olunan çoxsaylı məlumatlar ortaya primitiv suallar çıxardır. Axı bu hadisə aylar öncə baş verib, bu qədər yazılar yazılıb, reaksiyalar səsləndirilib, məsələ gündəmə gətirilib. Nəyə görə məhz dövlət başçısı bu cinayəti nəzarətə götürəndən sonra heç bir sutka keçmədən nəticə verməlidir? Bu nəzarətə qədər hüquq-mühafizə orqanları, yerli polis və prokurorluq orqanları niyə hərəkətsizlik nümayiş etdiriblər? Hətta bir qədər əvvəl yayılan rəsmi açıqlamadan görünür ki, Nərmin iki aya yaxın qonşuluqda evdə saxlanılıb və bunu sübut edən dəlillər ortaya çıxıb. Hətta ən adi formada belə axtarış aparıb, ev-ev gəzib Nərmini tapmaq olarmış.

Bəs, bu dəhşətli hadisəyə yerli polis və digər dövlət qurumları laqeyd yanaşdığını necə izah edəcək? Onların bu əməlləri necə qiymətləndiriləcək? Cəzalandırılan olacaqmı? Ortada çoxlu suallar və təəssüfdolu təəssüratlar var...
Belə məqamda daha bir sual yaranır. Bəs bu məsələni Prezident İlham Əliyev nəzarətinə götürüb xüsusi tapşırıq verməsəydi, Nərminin qatili neçə aya tapılacaqdı? Bəs ölkədə bu hadisədən əvvəl baş verən və ya bundan sonra olacaq cinayətlərin taleyi necə olacaq? Hər bir cinayətin açılması üçün mütləq Prezident tapşırıqmı verməlidir? Bəs DİN rəhbərliyi bu işi vaxtında açmayan, profilaktik tədbir görməyən vəzifəli şəxslərlə bağlı hansı tədbirlər görəcək?
Səslənən çağırışlar arasında həmin bölgəyə məsul polislərin cəzalandırılması ilə bağlı xeyli fikirlər də var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu tənqidləri ifadə edənlər polisə qarşı qərəzli olan, vaxtilə hansısa cinayəti törətdiyinə görə polis tərəfindən ifşa olunan şəxslərdir:
“Onlar bu yolla polisdən öz acıqlarını çıxırlar. Amma bunu xalq da bilir ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, itkin düşənlərin tapılmasında nəinki Müstəqil Dövlətlər Birliyi arasında, hətta bir sıra Avropa dövlətləri arasında həmişə yaxşı mənada öz yerini tutub. Bunu beynəlxalq təşkilatlar da etiraf edib”.
E.Zahidov deyib ki, bu məsələyə görə Tovuz RPŞ-də hər hansı yoxlama aparılmır:
“Mərhumun atası Polis Şöbəsinə müraciət edəndən sonra qanunvericiliyə uyğun olaraq bütün əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əvvəlcədən qəbul edilən plan üzrə Daxili İşlər Nazirliyinin bütün yerli orqanlarında müəyyən olunmuş vaxtlarda xidməti fəaliyyət həmişə yoxlanılıb, bundan sonra da yoxlanılacaq. Harda nöqsanlar aşkar edilirsə, buna uyğun qərarlar verilir. Lakin Nərmin Quliyevanın itkin düşməsi ilə bağlı Tovuz Rayon Polis Şöbəsində nazirliyin rəhbər orqanları tərəfindən hər hansı daxili təhqiqat, yoxlama aparılmır”. 

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu