azadses.az » Hadisə » Nərminin qatili istintaqı belə çaşdırıb...

Nərminin qatili istintaqı belə çaşdırıb...

İstintaq 10 yaşlı Nərmin Quliyevanın vəhşicəsinə qətlə yetirilməsinin bütün detallarını müəyyən edib.
Azadsəs-in məlumatına görə, faktla bağlı saxlanılan Quliyevlərin 47 yaşlı qonşusu İlkin Süleymanov etiraf xarakterli ifadə verib. Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatlara əsasən, Nərmin Quliyeva əmisinin həyətindən çıxmasından sonra küçədə İ.Süleymanovla qarşılaşıb. O, qızı aldadaraq evinə aparıb. Qatil qıza öz qızı kimi qulluq edəcəyini söyləyərək, onu çardağa gətirib. Nərmin evə qayıtmaq istədikdə isə Süleymanov onun əlini və qolunu bağlayıb, ağzına yapışqan lent vurub.
Qatil uşağı qaçmağa və ya kömək çağırmağa çalışacağı halda cəzalandırmaqla hədələyib.
Məlumdur ki, saxlanılan şəxsin qurbanı saxladığı ev boş olub. İ.Süleymanovun valideynləri bu evin yanındakı kiçik xidməti evdə yaşayıblar. Onlar ifadə verən zaman oğullarının tez-tez həmin evə girdiyini gördüklərini, lakin onun orada Nərmini saxladığını ağıllarına belə gətirmədiklərini qeyd ediblər.
Valideynlərin sözlərinə görə, onlar oğullarının çardaqda meyvə qurutduğunu düşünüblər. Ən azından o özü tez-tez dama çıxmasını bununla izah edib. Uşağın təcavüzə uğraması faktı hələlik təsdiqlənməyib, çünki məhkəmə-tibbi ekspertizası hələlik müvafiq rəy açıqlamayıb, İ.Süleymanov isə bununla bağlı etiraf etməyib.
Saxlanılan şəxsin sözlərinə görə, polislər daim hadisə yerində olub, qohumları və qonşuları dindiriblər və o da bütün bunları görüb. O, başa düşüb ki, əgər qızı dərhal öldürsə, cəsəd çürüməyə başlayacaq və üfunət dərhal polisləri onun yanına gətirəcək.
Vacib detalı qeyd edək ki, bütün bu vaxt ərzində qızı qaçıran şəxs “Səni axtarıram” verilişinə baxıb və Nərminin qohumlarının onun yoxa çıxmasında bir-birini necə ittiham etməsini görüb. Bu yolla istintaqın gedişini izləyib və əmin olub ki, cinayətdə onun iştirakından heç kim şübhələnmir. Qatilin nəyə görə qızın cəsədindən valideynlərinin evi yaxınlığında yaxa qurtarması bununla izah olunur. O, istintaqı çaşdırmaq və şübhələri qurbanın qohumlarının üzərinə çəkmək istəyib. Öldürdükdən sonra qatil Nərminin cəsədini tikinti arabasına qoyub, tapıldığı yerə gətirib və yandırıb. Arabanı gizlətdikdən sonra polisə zəng vurub və uşağın cəsədini alovlar içində gördüyünü bildirib.
İstintaq tədbirləri davam etdirilir.
Məlum olub ki, İlkin Süleymanov M.V. Lomonosov adına Moskva Dövlət Universitetini (MDU) bitirib və orada da çalışıb. Bundan sonra Bakıya qayıdaraq burada özəl sektorda çalışıb. İ.Süleymanov 10 ilə yaxın imiş özünə qapandığı üçün valideyinlərinin yanında Tovuzda Dondar Quşçu kəndində yaşayıb. Bir bacı və qardaşı var. Atası uzun illər kənddə fizika müəllimi işləyib. Kənddə hörməti olan şəxs olub və hazırda yataq xəstəsidir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib