azadses.az » Hadisə » Maştağada tükürpədici cinayət: səliqəsiz evə görə arvadını yandıran əyyaş ər

Maştağada tükürpədici cinayət: səliqəsiz evə görə arvadını yandıran əyyaş ər

Yuxudan durub evi görən kişi oğlunu benzin almağa göndərib
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının üstünə benzin tökərək yandırmaqda ittiham olunan 39 yaşlı Ceyhun Xudabaxışovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Azadsəs-in virtualaz.org-a istinadla verdiyi məlumata görə, hadisə ötən il mayın 5-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ailədaxili münaqişə zamanı C.Xudabaxışov həyat yoldaşı Raziyə Aslanovanın üzərinə benzin tökərək ona od vurub.  Ağır dərəcəli bədən xəsarətləri almış qadın dərhal 5 saylı xəstəxanaya çatdırılb.
Törətdiyi cinayət əməlinə görə, C.Xudabaxışovun barəsində Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq dövründə isə C.Xudabaxışovun əməli Cinayət Məcəlləsinin 127.2.2 -ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif olunub.
Təqsirləndirilən C.Xudabaxışov ifadəsində deyib ki, səhər saatlarında yuxudan oyandıqda evin səliqəsiz olduğunu görüb arvadı ilə mübahisə edib, ailə üzvlərini həyətə çıxarıb, oğlunu benzin almağa yollayıb, evi od vurub yandıracağı ilə hədələyib. Atasının niyyətindən xəbərsiz olan övladı dükandan aldığı plasmas qabdakı benzini ona verib. Ailə başçısı benzini otaqlara səpməyə başlayarkən Raziyə içəri girib və ona mane olmağa çalışıb.
 “Qabdakı benzini onun üzərinə də tökdüm. Sonra evdən çıxdım, pilləkəndə oturub siqaret çəkdim. Evə girdim, yenə dedim, evi yandıracağam. Raziyə çölə çıxmadı. Onu itələdim, elektrik qızdırıcısına dəydi, yanmağa başladı. Tez odeyal götürüb söndürməyə çalışdım. Sonra xəstəxanaya apardıq”,-qəddar cinayətə əl atan Xudabaxışov belə deyib.
C.Xudabaxışov hadisə zamanı arvadına xəsarət yetirdiyini etiraf etsə də, onu öldürmək niyyətində olmadığını deyib.
Çörəkbişirmə sexində işləyən, səhər saatlarında gecə növbəsindən qayıdan Raziyə Aslanova ərinin yenə də içkili halda yatdığını görüb. Yorğun olduğundan qızına dincələcəyini bildirib, atası ayılanda onu yuxudan durğuzmağı tapşırıb və yan otağa keçib. Bir qədər sonra isə ərinin qışqırığına yuxudan ayılıb.
“Yuxudan oyanıb Ceyhunun yanına getdim. Saçımdan yapışıb  qabyuyana sarı apardı. Qabların niyə çirkli olduğunu soruşdu.  Dedim, çayını iç, indi hamısını yuyub təmizləyəcəyəm. Lakin səliqəsizliyi, natəmizliyi bəhanə edib məni döydü, təpiklə vurdu. Oğlumu qonşuya benzin almağa göndərdi. Uşaq atasının qorxusundan pulu götürüb çıxdı”- zərərçəkmiş ifadəsində deyib.
R.Aslanovanın ifadəsinə görə, ərinin əlindən qaçıb həyətdə gizlənib, onun sakitləşməsini gözləyib. Elə bu vaxt qızı ağlaya-ağlaya yanına gələrək atasının evə benzin tökdüyünü deyib: “Tez evə sarı qaçdım. Mən içəri girən kimi  giriş qapısını bağladı, benzini əşyaların, döşəmənin üstünə səpdi, hamısını yandıracağını dedi. Yalvardım, dedim ki, yandırma, bizdən əl çək. Yalvarışlarıma baxmadı, mənim də üstümə benzin tökdü, alışqanı yandırıb əlimə sarı uzatdı. Alışqanı mənə uzadan kimi alov qalxdı, yanmağa başladım. Evin ortasında o baş bu başa qaçdım. Alov ən çox bədənimin sol tərəfinə yayılmışdı. Qızımla birgə alovu vaxtında söndürdüyüm üçün evdəki əşyalara ziyan dəymədi”.
Şahid qismində dindirilən Z.Xudabaxışova atasının heç yerdə işləmədiyini, mütəmadi olaraq spirtli içki qəbul etdiyini, anasının isə evin yaxınlığındakı çörəkbişirmə sexində gecə növbəsində işlədiyini deyib: “Evin natəmizliyini bəhanə edib  anamı tez-tez döyürdü. Anam axşam yenə gecə növbəsinə getmişdi,  atam isə sərxoş idi.  Səhər anam növbədən gəlib yatdı. Atamın mətbəxdəki qabları sındırmasının səsinə yuxudan ayıldım, tez mətbəxə qaçdım. Atam anamı döyürdü, qabları niyə yumadığını soruşurdu. Səsə qardaşım da yuxudan oyandı”.
Azyaşlı şahid deyir ki, atası qardaşını benzin dalınca göndərsə də, səbəbini deməyib: “Qardaşım benzini gətirən kimi otağa səpdi. Anam həyətdə idi, qorxub onu çağırdım. İçəri girən kimi atam benzini anamın üstünə tökdü. Dedi ki, indi səni də, evi də yandıracağam. Alışqanla od vurdu. Qardaşım qorxduğu üçün qapının arxasında gizləndi. Mənsə kənarda dayanıb, anamı yandırmaması üçün atama yalvarırdım, qışqırırdım. Anamı alov bürüdükdə su dolu qrafinkanı onun üstünə tökdüm. Sonrasa odeyal götürüb atamla birgə anamı söndürdük”.
Məhkəmənin hökmü ilə Ceyhun Xudabaxışov 9 il müddətinə azadlıqdan məhrum edilib.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu