azadses.az » Manset » Nərminin qatili hər gün Xoşqədəmin verilişini izləyib, heç kimin ondan şübhələnmədiyinə əmin olub

Nərminin qatili hər gün Xoşqədəmin verilişini izləyib, heç kimin ondan şübhələnmədiyinə əmin olub

İstintaq 10 yaşlı Nərmin Quliyevanın vəhşicəsinə qətlə yetirilməsinin bütün detallarını müəyyən edib. Faktla bağlı saxlanılan Quliyevlərin 47 yaşlı qonşusu İlkin Süleymanov etiraf xarakterli ifadə verib.Azadsəs xəbər verir ki
Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatlara əsasən, Nərmin Quliyeva əmisinin həyətindən çıxmasından sonra küçədə İ.Süleymanovla qarşılaşıb.
O, qızı aldadaraq evinə aparıb. Qatil qıza öz qızı kimi qulluq edəcəyini söyləyərək, onu çardağa gətirib. Nərmin evə qayıtmaq istədikdə isə Süleymanov onun əlini və qolunu bağlayıb, ağzına yapışqan lent vurub.Qatil uşağı qaçmağa və ya kömək çağırmağa çalışacağı halda cəzalandırmaqla hədələyib.
Məlumdur ki, saxlanılan şəxsin qurbanı saxladığı ev boş olub. İ.Süleymanovun valideynləri bu evin yanındakı kiçik xidməti evdə yaşayıblar. Onlar ifadə verən zaman oğullarının tez-tez həmin evə girdiyini gördüklərini, lakin onun orada Nərmini saxladığını ağıllarına belə gətirmədiklərini qeyd ediblər.
Valideynlərin sözlərinə görə, onlar oğullarının çardaqda meyvə qurutduğunu düşünüblər. Ən azından o özü tez-tez dama çıxmasını bununla izah edib. Uşağın təcavüzə uğraması faktı hələlik təsdiqlənməyib, çünki məhkəmə-tibbi ekspertizası hələlik müvafiq rəy açıqlamayıb, İ.Süleymanov isə bununla bağlı etiraf etməyib.
Saxlanılan şəxsin sözlərinə görə, polislər daim hadisə yerində olub, qohumları və qonşuları dindiriblər və o da bütün bunları görüb. O, başa düşüb ki, əgər qızı dərhal öldürsə, cəsəd çürüməyə başlayacaq və üfunət dərhal polisləri onun yanına gətirəcək.
Vacib detalı qeyd edək ki, bütün bu vaxt ərzində qızı qaçıran şəxs “Səni axtarıram” verilişinə baxıb və Nərminin qohumlarının onun yoxa çıxmasında bir-birini necə ittiham etməsini görüb.
Bu yolla istintaqın gedişini izləyib və əmin olub ki, cinayətdə onun iştirakından heç kim şübhələnmir. Qatilin nəyə görə qızın cəsədindən valideynlərinin evi yaxınlığında yaxa qurtarması bununla izah olunur.
O, istintaqı çaşdırmaq və şübhələri qurbanın qohumlarının üzərinə çəkmək istəyib. Öldürdükdən sonra qatil Nərminin cəsədini tikinti arabasına qoyub, tapıldığı yerə gətirib və yandırıb. Arabanı gizlətdikdən sonra polisə zəng vurub və uşağın cəsədini alovlar içində gördüyünü bildirib.
İstintaq tədbirləri davam etdirilir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu