Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir
- Dünən, 14:00
- Siyasət
Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları (QHT) Platformasının aprelin 28-29-da keçiriləcək təsis konfransı Azərbaycan vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıcdır və ölkə üçün növbəti yenilikdir.
"Report" xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qlobal Cənub QHT Platformasının təsis konfransı ilə əlaqədar keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu platforma Qlobal Cənubun üzləşdiyi problemlərin səsinə çevriləcək:
"Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni əlaqələr quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək".