Главная > Siyasət > Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir
Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdirDünən, 14:00. Разместил: azadses |
Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları (QHT) Platformasının aprelin 28-29-da keçiriləcək təsis konfransı Azərbaycan vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıcdır və ölkə üçün növbəti yenilikdir. "Report" xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qlobal Cənub QHT Platformasının təsis konfransı ilə əlaqədar keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bu platforma Qlobal Cənubun üzləşdiyi problemlərin səsinə çevriləcək: "Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni əlaqələr quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək". Вернуться назад |