azadses.az » Manset » Azərbaycan Milli QHT Forumu Prezident seçkilərində İlham Əliyevə dəstək bəyanatı qəbul edib

Azərbaycan Milli QHT Forumu Prezident seçkilərində İlham Əliyevə dəstək bəyanatı qəbul edib

Azərbaycan Milli QHT Forumu Prezident seçkilərində İlham Əliyevə dəstək bəyanatı qəbul edib.

"Report" xəbər verir ki, bəyanat forumun ümumrespublika forumunda qəbul olunub.

Forumda fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevə dəstək ifadə olunub.

Bəyanatda qeyd olunub ki, Azərbaycan Milli QHT Forumu 25 ildir ölkədə vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir. Hazırda Forum öz sıralarında müxtəlif profilli 100-lərlə QHT-ni birləşdirir. Son 1 ayda Azərbaycan Milli QHT Forumu respublikanın 5 regionunda – Lənkəranda, Qubada, Şəkidə, Gəncədə və Naxçıvanda regional forumlar keçirib, bu forumlarda 250-dən çox yerli QHT iştirak edib. Bu gün regional forumlara ümumrespublika forumu ilə yekun vurulur.

"Ölkə üzrə vətəndaş cəmiyyəti təsisatları ilə aparılan bütün müzakirələrdə vahid mövqe və yekdil fikir ondan ibarətdir ki, son 20 ildə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə tarixində heç vaxt olmamış miqyasda böyük inkişaf yolu keçib. Ötən dövrdə Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz, etibar, hörmət qazanıb. Dünyada Azərbaycan liderinin hər bir sözü imzası kimi qəbul olunur. Məhz Prezident İlham Əliyevin rəhbərliyi, Ali Baş Komandanlığı ilə 30 ilə yaxın işğal altında qalmış bütün torpaqlarımız azad olunub. Şuşada, Xankəndində, Xocalıda Azərbaycan Bayrağı qaldırılıb. Bu, Azərbaycan xalqının tarixində qızıl dövrün açılmasıdır. 200 ilə yaxındır ki, “erməni məsələsi” Cənubi Qafqazda bütün problemlərin kökündə dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bu məsələ birdəfəlik həll edildi. Ermənistan və onun havadarlarının Cənubi Qafqazda ikinci erməni dövləti yaratmaq niyyətləri puç oldu.

Prezident İlham Əliyevin QHT-lərin fəaliyyəti ilə bağlı çağırışları, fikirləri Azərbaycan QHT-lərinə ictimai etimadı gücləndirir, vətəndaş cəmiyyəti qərarların qəbulu proseslərində fəal iştirak edir. İctimai iştirakçılıq ötən 20 ildə xeyli genişlənib. Hazırda 4000-ə yaxın QHT ölkənin ictimai həyatında yer alır.

Azərbaycan Milli QHT Forumu olaraq bəyan edirik ki, ölkəyə böyük tarixi qələbələr qazandıran Prezident İlham Əliyevin siyasətini tam müdafiə edirik, bu siyasətin davam etməsi hər birimizin ümumi arzusu, istəyi, mövqeyidir. Biz Sizinləyik, cənab Prezident!

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri indiyədək olan bütün seçkilərdən fərqlənir. Bu seçkilər ilk dəfə respublikanın bütün suveren ərazisində təşkil olunacaq. Bu, böyük tarixi hadisədir. Azərbaycan Milli QHT Forumu Azərbaycan vətəndaşlarını bu tarixi prosesin bir hissəsinə çevrilməyə, səsvermə günü seçkilərdə fəal iştiraka çağırır", - bəyanatda bildirilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu