azadses.az » Siyasət » Deputat: “Azərbaycan sülh gündəliyini qəbul etdirməyə nail olub”

Deputat: “Azərbaycan sülh gündəliyini qəbul etdirməyə nail olub”

“Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında Brüsseldə keçirilən üçüncü görüşü Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirmək olar”.

Bunu Azadsəs.az -a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib. Onun fikrincə, bu görüş tərəflərin mövcud problemlərin həlli üçün siyasi iradə nümayiş etdirməyə hazır olduğunu göstərir.

Millət vəkili bildirib ki, daha əvvəl keçirilən iki görüşdən sonra üçüncü görüşdə əldə olunan nəticələr Brüssel prosesinin uğurla davam etdiyini göstərir:

“Bunu ona görə Brüssel prosesi adlandırmaq olar ki, ötən ilin dekabrında keçirilən birinci görüş əslində tərəflərin mövqeləri arasında uzlaşma ehtimalının nə qədər olduğunu müəyyən etmək üçün atılmış addım idi. Tərəflərin bir-birinin mövqelərini nə qədər düzgün başa düşdüyü aydınlaşdı. Bu ilin aprelində keçirilən görüşdə isə böyük irəliləyiş əldə olunduğunu deyə bilərik. Çünki məhz bu görüşdə mübahisəli məsələlərin həlli ilə bağlı yol xəritəsinin müəyyən elementləri müşahidə olunmağa başladı. Mayın 22-də keçirilən sonuncu görüş isə artıq konkret addımların atılması ilə nəticələndi. Sərhədlərin delimitasiyası üzrə komissiyaların yaradılması barədə hər iki ölkənin dövlət başçılarının verdiyi qərarlar bunu əminliklə söyləməyə imkan verir”.

Ramin Məmmədov bildirib ki, hər üç görüşün yekunları Azərbaycanın sülh gündəliyini qəbul etdirdiyini göstərir. Brüssel görüşü ilə bağlı mətbuata verilən bəyanatda əksini tapmış fikirlərin, ayrı-ayrı ifadələrin təhlili göstərir ki, Azərbaycan öz haqlı və əsaslı mövqeyini qəbul etdirməyə nail olub.

“Azərbaycan Prezidentinin qətiyyəti, siyasi iradəsi və nüfuzu, son illər ərzində ölkəmizin beynəlxalq aləmdə mövqelərinin güclənməsi Brüssel prosesinin nəticələrini şərtləndirən əsas amillərdir. Əlbəttə ki, regionda yaranmış yeni reallıqlar, dünyada baş verən proseslər, beynəlxalq münasibətlərin sürətlə dəyişən xarakteri, real qüvvələr nisbəti - bütün bunların hər biri danışıqların məzmununa təsir göstərir. Lakin bu şərtlərdən öz milli mənafeləri kontekstində faydalanmaq üçün çevik və düşünülmüş xarici siyasət strategiyası həyata keçirmək son dərəcə vacibdir. Hesab edirəm ki, nəticələr Azərbaycanın bunun öhdəsindən məharətlə gəldiyini təsdiq edir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək barədə əldə olunmuş razılıq Brüssel prosesinin perspektivi haqqında optimist düşünməyə imkan yaradır:

“Bu görüşün əsas nəticələrindən biri də növbəti görüşün vaxtının müəyyən olunması ilə bağlıdır. Bu o deməkdir ki, danışıqların davam etdirilməsinin zəruriliyinə və faydalılığına inam var. Təbii ki, hər şey bundan sonra Ermənistanın əldə olunmuş razılaşmalara nə dərəcədə əməl edəcəyindən asılıdır. Çünki Azərbaycan hər zaman istənilən platformada götürdüyü öhdəliklərə sadiq olduğunu dəfələrlə nümayiş etdirib. Ermənistan haqqında isə bunun əksini söyləmək üçün kifayət qədər faktlar var. Hər halda prosesin ümumi gedişi nikbin düşünməyə əsas verir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  2. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  3. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  4. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  5. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  6. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  7. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  8. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  9. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  10. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu