azadses.az » Cəmiyyət » İlham Əliyev Bris Rokföy ilə Ermənistanla sülh müqaviləsini müzakirə edib - YENİLƏNİB

İlham Əliyev Bris Rokföy ilə Ermənistanla sülh müqaviləsini müzakirə edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edib.

AZƏRTAC xəbər verir ki, Bris Rokföy Fransanın Cənubi Qafqazda sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqının sədri kimi ölkəsinin Avropa İttifaqının Azərbaycanla əlaqələrin müxtəlif sahələri üzrə təşəbbüslərini tam dəstəklədiyini deyib.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, dövlətimizin başçısının ötən ilin dekabrında Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirakı xatırlanıb.

Görüşdə postmünaqişə dövrü və Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunub. Ölkəmizin irəli sürdüyü beş prinsipin Ermənistan tərəfinin qəbul etdiyini vurğulayan dövlətimizin başçısı sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu bildirib.

Söhbət zamanı Azərbaycan-Fransa münasibətlərinə toxunulub. Prezident İlham Əliyev ötən ilin dekabrında Fransa Prezidenti Emmanuel Makronla Brüsseldə görüşünü və bu ilin fevralında videoformatda görüşünü qeyd edib. Dövlətimizin başçısı, eyni zamanda, Emmanuel Makrona Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik ünvanladığını xatırladıb.

12:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  2. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  3. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  4. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
  5. Ötən gün vətəndaşların bank kartlarından 14 min manata yaxın pul oğurlanıb
  6. Azərbaycanda tortdan kütləvi zəhərlənmə olub
  7. Xəzər dənizində nərə balıqları üçün TƏHLÜKƏ
  8. Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
  9. Gəncədə 6 nəfər tortdan zəhərlənib
  10. Hövsan qəsəbəsində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Əlverişsiz havaya görə şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir - RƏSMİ
Əlverişsiz havaya görə şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir - RƏSMİ
Əlverişsiz havaya görə ümumi təhsil müəssisələrində şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir. "Report" Ətraflı
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa 89 yaşında vəfat edib. “Report” xəbər verir ki, bu barədə onun oğlu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar