azadses.az » Cəmiyyət » “Regionda bütün şərtləri qalib Azərbaycan diktə edir” - RƏY

“Regionda bütün şərtləri qalib Azərbaycan diktə edir” - RƏY

“44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan regionda yeni reallıqlar yaradıb. Məhz bu reallıqdan irəli gələrək regionun daimi sülh və əmin-amanlıq şəraitində inkişafı üçün ölkəmiz tərəfindən əməkdaşlıq təklifləri irəli sürülüb. Təbii ki, gələcəyi ağıllı şəkildə dəyərləndirə bilən xarici qurum və dövlətlər bu təklifi müsbət dəyərləndiriblər. Lakin təəssüflər olsun ki, Ermənistan son vaxta kimi buna dirəniş gösətirirdi. Hansı ki, bu əməkdaşlıq hamıdan daha çox bir dövlət olmaq astanasında dayanan Ermənistana lazımdır”.

Bu fikirləri “Azadsəs.az”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bununla belə Azərbaycanın qətiyyətli mövqeyini görən bədnam qonşularımız da reallıqla barışmaq zorunda qalıblar:

“Son vaxtlar cərəyan edən proseslər, o cümlədən aprelin 6-da keçirilən Brüssel görüşü Ermənistanın bu yersiz inadından əl çəkməyə hazır olduğuna işarə edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında da bu məqama toxunub. Dövlət başçısının bildirdiyi kimi Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşıb və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilib:

“Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir”. Beləliklə, cənab Prezidentin də bəyan etdiyi kimi Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir”.

Deputat qeyd edib ki, indi növbə digər addımlarındır:

“Yəni, 2022-ci il aprelin 6-da Brüsseldə keçirilmiş görüşün nəticəsi olaraq sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır:

“Ümumilikdə onu bildirmək istəyirəm ki, Azərbaycan daha da güclənəcək. Ermənistanın inkişafı isə onun özündən, qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz. Bu, Ermənistan üçün son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək. Bu gün mətbuatda gedən bəzi məlumatlar isə Ermənistanın bu son şansdan istifadə etmək niyyətini bir daha üzə çıxarır. Belə ki, Nikol Paşinyanın Ermənistan parlamentindəki çıxışında “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” deməsi, artıq bədnam qonşularımızın daşı ətəklərindən tökməyə başladıqlarından xəbər verir. Lakin hesab edirəm ki, sözlə yanaşı Ermənistan bunu əməldə də sübut etməli, tez bir zamanda 5 prinsip üzrə müvafiq addımlar atmalıdır. Ən əsası bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır”.
Sonda bir daha vurğulamaq istəyirəm ki, regionda bütün şərtləri qalib Azərbaycan diktə edir. Bu da səbəbsiz deyil. Məhz müharibədən dərhal sonra Azərbaycanın həyata keçirdiyi siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyəti, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələri, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr hazırkı reallıqlara gətirib çıxarıb”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib