azadses.az » Siyasət » "PUA-ya abidə qoyulsun, 2783 ağac əkilsin" - Elman Nəsirovdan TƏKLİF

"PUA-ya abidə qoyulsun, 2783 ağac əkilsin" - Elman Nəsirovdan TƏKLİF

"Pilotsuz uçuş aparatının abidəsi qoyulsun"

44 günlük Vətən Müharibəsində qələbəmizin şərəfinə bir sıra mühüm addımlar atılır. Eyni zamanda qələbəni simvollaşdırmağa xidmət edən təkliflər də irəli sürülür.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, deputat Elman Nəsirov maraqlı təkliflər irəli sürüb.

Elman Nəsirov təklif edib ki, Zəfər Parkı açılsın: “Cənab Prezident İlham Əliyev söylədi ki, Vətən müharibəsinin gedişatında dostlarımızı da, özlərini dost kimi aparmayanları da gördük. Bax bu kontekstdə istərdim bir təklifimiz irəli sürüm. Prezident İlham Əliyevin dekabrın 3-də imzaladığı sərəncamla Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradılacaq. Bu istiqamətdə işlərə başlanılıb. Mən təklif edirəm ki, ölkəmizdə Zəfər Parkı da açılsın. Bu, dünya praktikasında da var qalib dövlətlər bu addımı atırlar. O dövlətlər ki, bu 44 günlük müharibənin gedişatında Azərbaycana siyasi, mənəvi dəstək verib Zəfər Parkında məhz həmin dövlətlərin bayrağı ucaldılsın. Eyni zamanda şəhidlərin xatirəsinə Zəfər Parkında 2783 ədəd ağac əkilsin”.

Deputatın daha bir maraqlı təklifi hərbi texnikalara abidə qoyulması ilə bağlıdır: “Dünya praktikasında var, xüsusilə faşizm üzərinə qələbədən sonra Sovet İttifaqının bir çox şəhərlərində hərbi texnikalara da abidələr ucaldılmışdı. Məsələn, tankla, topla, katyuşa ilə bağlı heykəllər ucaldılıb. Mən çox istərdim bizim Zəfər Parkında pilotsuz uçuş aparatının-PUA-nın da abidəsi qoyulsun. Cənab Prezident də çıxışında bildirdi ki, bizim hərbi uğurlarımızda, qələbimizdə PUA-ların ciddi rolu oldu. Mən də hesab edirəm ki, PUA qələbənin simvollarından birinə çevrilib. Təbii ki, döyüş meydanında qələbəni qazanan bizim əsgərlərimiz, zabitlərimizdir. Amma eyni zamanda yeni nəsil silahların da rolunu vurğulamaq, simvollaşdırmaq lazımdır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib