İlham Əliyev: "Azərbaycan əsgəri bir amalla vuruşurdu ki, işğala son qoyulsun"
- 10-12-2020, 12:53
- Siyasət

''Azad Səs'' xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
“Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdur. Əslində, Ermənistanın aqressiv, təcavüzkar siyasəti hələ ötən əsrin 80-ci illərinin sonlarından başlamışdır”, - dövlət başçısı bildirib.