azadses.az » Dünya » Brüssel görüşünə dair ŞƏRH: “Proseslər hərtərəfli sülh müqaviləsi imzalanmasına doğru gedir”

Brüssel görüşünə dair ŞƏRH: “Proseslər hərtərəfli sülh müqaviləsi imzalanmasına doğru gedir”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşə dair bəyanatında bir sıra vacib məqamlar diqqəti çəkir”.

"Azadsəs.az"-ın məlumatına əsasən, bunu Milli Məclisin deputatı Vüqar Bayramov özünün “Facebook” hesabında bildirib.

O qeyd edib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında əhatəli sülh müqaviləsinin bağlanmasını dəstəkləyir və marağını ifadə edir.

İkincisi, Brüssel də ötən il noyabrın 10-da bağlanmış üçtərəfli razılaşmada nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinin tərəfdarıdır.
“Üçüncüsü, Avropa İttifaqı iki ölkə arasında birbaşa müzakirələrin təşkilində maraqlıdır və Müdafiə Nazirlərinin qarşılıqlı fikir mübadiləsinin təşkilini əlaqələndirmək niyyətindədir.

Dördüncüsü, bəyanatda Ermənistan tərəfindən mina xəritələrinin tam təqdim olunması və itkin düşənlər ilə bağlı məsələlər də xüsusi qeyd olunur. Avropa İttifaqı həmçinin minalardan təmizləmə işinə dəstək olmaq niyyətindədir”, - deyə Vüqar Bayramov əlavə edib.

Onun sözlərinə görə, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətindəki səylər Brüssel tərəfindən dəstəklənir və İttifaq bu məsələdə aktiv olmaq niyyətindədir.

Digər bir məsələ isə Avropa İttifaqı ölkələrin suverenliyi gözlənilmək şərti ilə regionda kommunikasiyaların yenidən bərpasını dəstəkləyir.

Millət vəkili qeyd edib ki, Vətən müharibəsində əldə edilən Zəfərdən sonra regionda formalaşan yeni düzəni artıq aparıcı ölkələr də qəbul edirlər.

“Bəyanatdan göründüyü kimi, Avropa İttifaqı sülh müqaviləsinin imzalanması və bütövlükdə regionda dayanıqlı stabilliyinin formalaşmasında yaxından iştirak etmək niyyətindədir. Son bəyanat və eləcə də ikitərəfli görüşdə müzakirə olunan məsələlər bir daha təsdiq edir ki, regionda kommunikasiyaların yenidən bərpası sadəcə zaman məsələsidir. Zəngəzur dəhlizinin məhz dəhliz statusu ilə bərpası məsələsində Azərbaycanın mövqeyi daha da güclənməkdədir: regionda olan bütün dəhlizlərə bir yanaşma olmalıdır və olacaq.

Son proseslər göstərir ki, daha yaxın zamanlarda Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa quru nəqliyyat əlaqəsinin reallaşması mümkün olacaq. Proseslər isə hərtərəfli sülh müqaviləsinin imzalanmasına doğru gedir”, - deyə o fikrini yekunlaşdırıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu