azadses.az » Cəmiyyət » Sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilər Azərbaycan mövqelərinə hücum edir - AÇIQLAMA

Sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilər Azərbaycan mövqelərinə hücum edir - AÇIQLAMA

"10 noyabr bəyanatının vacib müddəalarından biri hələ də yerinə yetirilməyib. Belə ki, 4-cü paraqrafa əsasən, Ermənistan Silahlı Qüvvələri tamamilə Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır".

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Diplomatic World” dərgisində dərc olunan “Ermənistanla Azərbaycan arasında sülh və müharibə perspektivləri” başlıqlı məqaləsində əksini tapıb.

Məqalədə ötən ilin noyabrında Rusiyanın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış bəyanata toxunulur və bildirilir ki, 10 noyabr bəyanatında geniş təsirə malik bir sıra maddələr var və onlar tam icra edilərsə, regionda davamlı sülhə nail olmaq mümkündür. Fərid Şəfiyev bildirib ki, sözügedən müddəalar yerinə yetirilmədiyi təqdirdə regionda proseslər başqa məcrada inkişaf edə bilər. Müəllif bəyanatda vacib nəqliyyat və kommunikasiya xətlərinin qurulmasına dair bəndə diqqət çəkir və bildirir ki, Azərbaycan artıq rusiyalı sülhməramlıların monitorinqi altında insanlar və məhsulların Ermənistanla Qarabağ erməniləri arasında əlaqə yaradan Laçın dəhlizi vasitəsi ilə daşınmasına icazə verib. Onun sözlərinə görə, eyni zamanda Ermənistan Mehri rayonundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında torpaq yolunun açılmasını təmin edəcəyinə söz verib: “Nəqliyyat xətlərinin açılması potensialı regional əməkdaşlıq və daha yaxşı əlaqələr üçün imkanlar aça bilər. Azərbaycana Avropa ilə Asiya arasında böyük əlaqəyə töhfə vermək üçün Bakı-Tbilisi-Qars dəmiryol xətti, Trans-Xəzər fiber optik xətti kimi bir sıra nəqliyyat layihələri irəli sürüb və maliyyələşdirib. Bunun fonunda Azərbaycanın torpaqlarının işğalını uzun illər davam etdirən Ermənistan bu kimi layihələrdən, həmçinin neft və qaz layihələrdən təcrid olunub. Torpaq iddialarından əl çəkməklə Ermənistan bu təcrid olunmanı başa çatdıra bilər”.

 

F.Şəfiyev qeyd edib ki, 10 noyabr bəyanatının vacib müddəalarından biri hələ də yerinə yetirilməyib. Belə ki, 4-cü paraqrafa əsasən, Ermənistan Silahlı Qüvvələri tamamilə Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır. Lakin Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə Ermənistan qüvvələri sərbəst hərəkət edir və Azərbaycan mövqelərinə hücumlar təşkil edir”.

 

O bildirib ki, əslində uzun illər davam edən ədavətdən sonra region ölkələri arasında problemin belə asanlıqla həll olunmasını gözləmək sadəlövhlük olardı. Onun sözlərinə görə, Azərbaycan və erməni xalqı uzun müddətdir davam edən zorakılıq xəttini qırmalı və özlərini tarixi nifrət kursundan azad etməlidirlər. Bu baxımdan o, Rusiyanın da regional sülh və əməkdaşlıqdan faydalana biləcəyini vurğulayıb.

 

“2021-ci il region üçün sülh, yoxsa yenidən alovlanan münaqişə baxımından həlledici il olacaq. Bir şey dəqiqdir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərində nəzarəti həyata keçirmək üçün strateji səbir və qətiyyət nümayiş etdirdi və bunu gələcəkdə də davam etdirəcək”,- deyə müəllif sonda vurğulayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib