azadses.az » Siyasət » BMTM Vətən müharibəsi dövründəki fəaliyyəti ilə bağlı hesabat verib

BMTM Vətən müharibəsi dövründəki fəaliyyəti ilə bağlı hesabat verib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatın icrası müddətində informasiya müharibəsi sahəsində fəaliyyətini aktiv şəkildə davam etdirib.
BMTM-dən bildirilib ki, Mərkəzin İdarə Heyəti, həmçinin ekspertlər fəaliyyətlərini xarici nəşrlərdə məqalələr dərc etməklə, beynəlxalq və yerli mediaya davamlı müsahibələr verməklə və vebinarlar təşkil etməklə icra ediblər. Bu müddət ərzində əməkdaşların “The National Interest”, “Jamestown Foundation”, “Euractiv”, “The London Post”, “New Eastern Europe”, “Geopolitical Monitor”, "Nezavisimaya Gazeta" və digər nüfuzlu nəşrlər daxil olmaqla Türkiyə, ABŞ, Kanada, Latın Amerikası, Avropa, Rusiyanın bır çox nəşrlərində 50-dən çox məqalələri dərc olunub.
Məqalələrdə xüsusilə Ermənistanın 27 sentyabrda Azərbaycana qarşı təxribata əl atmasına, buna cavab olaraq Azərbaycanın bütün cəbhə boyu əməliyyatlara başlamasına, haqlı olaraq işğal olunmuş torpaqlarını azad etməklə bir növ BMT TŞ-nin qəbul etdiyi, lakin 25 ildən çoxdur icra etmədiyi qətnamələri həyata keçirməsinə və ümumiyyətlə, Ermənistan Baş Naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra səsləndirdiyi ritorik bəyanatlar və atdığı addımların münaqişənin alovlanmasına təkan verməsinə diqqət çəkilir.
Həmçinin bu müddət ərzində BMTM heyəti dünya ictimaiyyətinin regionda baş verən hadisələrlə bağlı düzgün məlumatlandırmaq, Azərbaycanın haqq işini dünyaya çatdırmaq və erməni diasporunun apardığı anti-Azərbaycan kampaniyasına adekvat cavab vermək məqsədi ilə BBC, “Deutsche Welle”, “TRT World”, “Al Arabia”, “Aljazeera”, “Rustavi”, “A Haber”, “CNN Türk”, ATR TV, “Anadolu Agentliyi” və digər nüfuzlu beynəlxalq media orqanlarına rus, ingilis və türk dillərində 30-dan çox müsahibələr verib. Eyni şəkildə müsahibələr Azərbaycanın yazılı, elektron mediasında və televiziyalarda da davam etdirilib. BMTM ekspertlərinin təhlilləri vasitəsi ilə münaqişənin mahiyyəti və Azərbaycanın mövqeyi yerli ictimaiyyətə də çatdırılıb.
Həmçinin BMTM -in ingilis dilində hazırladığı və Azərbaycandakı diplomatik korpusa göndərilən aylıq bülletenlərdə baş verən hadisələrə ətraflı yer verilib. Bu müddətdə BMTM-in elmi heyəti tərəfindən “Muzdlu və xarici döyüşlərin Ermənistan tərəfindən Azərbaycana qarşı istifadəsi”, “Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfdən yeniyetmələrin Azərbaycana qarşı döyüşməsi”, “Azərbaycanın dinc vətəndaşlarına qarşı müharibə cinayətlərinin törədilməsi və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın vacib infrastrukturunu hədəfə alması”, “Ermənistan-Azərbaycan münaqişəsinin unudulmuş qurbanı: Münaqişənin ətraf mühitə təsiri” adlı hesabat materialları hazırlanıb və müvafiq olaraq xarici tərəfdaşlara və Azərbaycandakı diplomatik nümayəndəliklərə göndərilib.
Bu müddətdə BMTM tərəfindən bir sıra vebinarlar və məlumatlandırma sessiyaları təşkil edilib. ABŞ, Böyük Britaniya, Pakistan, Türkiyə, Polşa və bir sıra ölkələr tərəfindən təşkil olunmuş videokonfranslarda baş verən hadisələr barədə məlumat verilib.
BMTM II Qarabağ Müharibəsi ətrafında baş verən prosesləri nəzərə alaraq bu istiqamətdə fəaliyyətlərini növbəti illərdə də davam etdirəcək.Report
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu