azadses.az » Cəmiyyət » Kirayə pulu alan deputatların adı bəlli oldu

Kirayə pulu alan deputatların adı bəlli oldu

Milli Məclisin ötən gün keçirilən iclasında deputat Razi Nurullayevin evsiz deputatların kirayə haqlarının qaldırılması ilə bağlı təklifi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Vətəndaşların çoxu deputatların şəxsi mənzillərinin olmaması və kirayədə qalması məsələsinə təəccüblənib, hətta buna inanmadığını dilə gətirənlər də var. R. Nurullayev sözügedən çıxışında hazırda evsiz həmkarlarına verilən 220 manat kirayə haqqının artırılmasını təklif edib.

“Azadsəs.az” kirayədə qalan deputatların bir neçəsinin adlarını öyrənə bilib. Söhbət həmin millət vəkillərinin Bakı şəhərində kirayə qalmasından gedir. Hazırda parlamentin tərkibində müxtəlif rayonları təmsil edən 12-yə yaxın deputat Bakıda kirayə mənzillərdə qaldığına görə aylıq 220 manat kirayə pulu alır.

Həmin deputatlar Emin Hacıyev, Cavid Osmanov, Vüqar İskəndərov, Ramil Həsən, Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kazımzadə, Naqif Həmzəyev və digərləridir.

Onlar kirayə üçün cəmi 220 manat alsalar da, hazırda Bakıda lüks mənzillərdə yaşayırlar. Belə ki, elə bu yaxınlarda deputat Ramil Həsən "Port Baku"dakı mənzilində görüntülənmişdi.

Bildirək ki, Bakıda mənzili olmayan deputatlara kirayə pulunun verilməsi məsələsinə 2000-ci ilin əvvəllərindən başlanılıb. 2006-cı ildən etibarən bu məbləğ 220 manat həcmində qəbul edilib. Son 15 il ərzində bu rəqəm dəyişməyərək olduğu kimi qalıb.

Həmçinin oxuyun: “Evi olmayan deputatların kirayə pulu artırılsın”

2015-ci ildən etibarən deputatları evlə təmin etmək üçün bina tikintisi dayandırılıb və o dövrdən etibarən heç kimə ev verilmir. Əvvəlki dövrlərdə isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bəzi deputatlar Bakıda xidməti evlə təmin olunub.

Müzakirələrə səbəb olan çıxışı ilə bağlı saytımıza açıqlama verən Razi Nurullayev bildirib ki, bu məsələ həmişə aktual olsa da, heç kim düzgün qarşılanmayacağını düşünərək onu dilə gətirməyib:“Mən məsuliyyəti üzərimə ona görə götürüb dedim ki, cəmiyyətdə deputatlara qarşı oturuşmuş fikir var ki, onların heç nəyə ehtiyacı yoxdur. Deyirlər ki, deputat 6000 manat maaş alır. Əslində isə 1700 manat civarında maaş alırıq. Ezamiyyətlər filan olduqda, maaşda dəyişiklik olur. Həmin mövzu da elə-belə qaldırılmadı. Çünki parlamentin büdcəsi müzakirə olunurdu. Bilirsiniz ki, 220 manatla Bakıda kirayədə qalmaq mümkün deyil. Həmin deputatlara pul verilsin məqsədilə bunu demədim. Cəmiyyət bilsin ki, Bakıda evi olmayan deputat da var. Bu, o demək deyil ki, vəzifəli şəxslərin hamısı yağ-bal içində yaşayır. Bəziləri yazıb özünü vətənpərvər göstərmək istəyir. Ancaq onların özünün bu günə kimi cəmiyyətə bir qəpiklik xeyirləri olmayıb. Ancaq danışmağı və tələb etməyi bilirlər. Qoy tələbi haqqı çatan xalq etsin”.

R. Nurullayev qeyd edib ki, deputatın özünün müəyyən büdcəsi olsa, seçicilərinin məsələlərini daha tez həll edə bilər: "Mən özüm indi İmişliyə gedirəm. Özümlə köməkçimi də aparıram. İki gün orada qalacam. Bilirsiniz ki, insanların deputatdan gözləntisi böyükdür. Bir deputat ayda iki-üç dəfə rayona seçiciləri ilə görüşməyə getsə, onun maaşının yarısı buna gedəcək. Buna görə də çox deputat tez-tez gedib gələ bilmir.

Mən maaş tələb etmirəm. Sadəcə seçicilərə daha yaxşı xidmət göstərməkdən ötrü bu tələbi qaldırıram. Çünki hazırda deputat nə edə bilərsə, onu da edir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib