azadses.az » Hadisə » Gəncədə evi bombalanan şəxs təzminat ala bilmədiyini deyir - Fotolar

Gəncədə evi bombalanan şəxs təzminat ala bilmədiyini deyir - Fotolar

“Vətən müharibəsi dövründə ermənilər tərəfindən Gəncə şəhərinin bombalanması zamanı evim yararsız hala düşüb. Bir ildən çoxdur ki, kirayədə qalıram. Nə kirayə ödənişi ala bilirəm, nə də evim təmir olunur ki, gedib yaşayım”.

Bu şikayətlə “Azadsəs.com”a Gəncənin Samir Xasıyev küçəsi, döngə 8, ev 28 ünvanında yaşayan zərərçəkmiş Elvin Əliyev müraciət edib.

Onun sözlərinə görə, yaşadığı küçə ötən il oktyabrın 17-də bombalanıb, hələ də təmir bitmir: “Bomba yaşadığımız evdən təxminən 10 metr aralıya düşüb. 4 otaqdan ibarət evimiz tamamilə yararsız hala düşdüyündən məcburən kirayəyə köçdük. Bizim küçədə 20 nəfərə yaxın zərərçəkmişə kirayə pulu verilsə də, o vaxtdan bizə kirayə haqqı ödənməyib. Təmir-bərpa işləri isə çox ləng gedir. Gah deyirlər pul yoxdur, gah usta, gah da material tapılmır”.

Şikayətçi iddia edir ki, Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş yaşayış evləri üzrə hər ailəyə 1000 manat məbləğində ödəniş olunsa da, həmin ödənişdən də kənarda qalıblar.

Vətəndaşın problemi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, artıq vətəndaşın evində təmir yekunlaşıb. Kirayə haqqı və kompensasiya isə ödənilib: “Zərərçəkmiş Əliyev Elvin Hüseyn oğlunun hesabına 2020-ci il dekabrın 28-də 1000 AZN ödəniş olunub. Bu il sentyabrın 9-da isə 5 min manat köçürülüb. Yəni vətəndaş zərərçəkmiş ailələrə verilən kompensasiyanı alıb. Həmçinin ev kirayəsi də ödənilir”.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib