azadses.az » Cəmiyyət » “Kirayə pulunu ödəyə bilməsək üç övladımla yeni ili çöldə qeyd edəcəm” –MƏCBURİ KÖÇKÜN

“Kirayə pulunu ödəyə bilməsək üç övladımla yeni ili çöldə qeyd edəcəm” –MƏCBURİ KÖÇKÜN

Ağdam rayonu, Eyvazxanbəyli kəndinən olan məcburi köçkün Gülxar Məhərrəmova üç övladıyla birgə evsiz qalıb. Acınacaqlı vəziyyətdə yaşayan ailə, kirayə pulunu ödəyə bilməsək 2020-ci ili çöldə qeyd etmək məcburiyyətində qala bilər. Gülxar Məhərrəmova bildirir ki, övladlarının birinci sinif təhsili belə yoxdur. Dəfələrlə qrumlara müraciət etsə də müraciətinə baxılmır. Məcburi köçkün ailəsi, saytımız vasitəsilə ölkə başçısına müraciət ünvanlayıb:
“Hörmətli cənab Prezident,
Mən, Məhərrəmova Gülxar Ağdam rayonu Eyvazxanbəyli kəndindən məcburi köçkünəm. Hazırda üç uşağımla – bir oğlan və iki qız övladımla tək yaşayıram. 1996-cı ildən, Binəqədi rayonunda məskunlaşmışam. Hazırda qedyiyyatsız yaşayıram. Vəziyyətimiz çox acınacaqlıdır. Binəqədi rayonu, 47-ci korpus, ev 271-də həyət evində olan köhnə tikilidə kirayədə yaşayırıq. Aylıq 160 azn kirayə pulu ödəyirəm. Qaz, su və işiq ödənişiylə birlikdə aylıq 260 azn pul ödəyirik. İşsizəm. Hara müraciət etsəm də işə düzələ bilmirəm. Gündəlik iş olanda təmizlik işinə gedirəm. Olmayanda isə, ailəlikcə ac qalırıq. Övladlarımın təhsili yoxdur. Birinci sinifi belə oxumayıblar. Dəfələrlə Sosial Müdafiə Nazirliyinə müraciət etsəm də şikayətimə baxılmır. Ev və maddi problemimizlə bağlı Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə də müraciət etmişəm. Qapıdan belə buraxmayıblar. Hara gedirəm, iş vermirlər ki, çalışım övladlarımı saxlayım. Özümdə hazırda xəstəyəm. Müalicə olunmağa pulum yoxdur. Böyük qızım da məcburiyyətdən gündəlik iş olanda mebel sexinə gedir. O da hazırda asma xəstəlinə tutulub. 
Hörmətli cənab Prezident,
Siz xalqımızın maddi rifah halı durmadan yaxşılaşdırılması naminə gördüyünüz işlər sahyəsində sosial sahədə də böyük nailiyyətlər qazanılmışdır. Ölkəmizin hər bir guşəsi, hər bir yaşayış məntəqəsi inkişaf etmişdir. Bu istiqamətdə işlər davam etdirilməkdədir.
Lakin cənab Prezident, sizin gördüyünüz işlərə kölgə salmaq istəyənlər vardır. Məcburi köçkün kimi çox pis vəziyyətdəyik. Ayın axırı kirayə pulunu ödəyə bilməsək, yeni ili üç övladımla bərabər küçədə keçirmək məcburiyyətində qalacayıq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib