azadses.az » Cəmiyyət » “Qəbələyə apara bilərəm, icazəni özümüz həll edərik” – Rayonlara gediş-gəlişlə bağlı ARAŞDIRMA

“Qəbələyə apara bilərəm, icazəni özümüz həll edərik” – Rayonlara gediş-gəlişlə bağlı ARAŞDIRMA

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində karantin rejimi davam etdiyi üçün regionlara gediş-gəliş hələ də qadağandır.

Qazet.az xəbər verir ki, yalnız icazəsi olanlar regionlara gedib-gələ bilər.

Hazırda yay mövsümünün sonu olduğuna görə, insanların vaxtını səmərəli keçirməsi və istirahət etməsi üçün şərait yaranıb. Maraqlı məqam isə ondan ibarətdir ki, regionlarda günlük kirayə mənzil və hotellərdə yer tapılmır. Şəhəri tərk edə bilməyənlər belə, bir yolunu tapıb istirahət üçün Qubaya, Qəbələyə, Nabrana və s. yollana bilirlər.

Qubada makler fəaliyyəti ilə məşğul olan Veysəl Mirzəliyev Qazet.az-a açıqlamasında bildirib ki, hazırda Quba rayonunda günlük kirayə ev tapmaq müşkülə çevrilib.

“Xeyli sayda qonaq var. Günlük qiymətlər 20 manatla 250 manat arasında dəyişir. Hotellər də var, günlük kirayə evlər və villalar da”, – deyə V. Mirzəliyev bildirib.


İcazəsi olmayan şəxslər isə istirahətə yollanmaq üçün taksilərdən istifadə edir. Bir qədər əlavə ödəniş etməklə icazəsi olmayan şəxslər istədikləri ünvana gedə bilirlər.

Taksi sürücüsü Əli Quliyev (ad və soyad şərtidir) isə zəngimizə cavab olaraq qeyd edib ki, icazənin olub-olmamasının heç bir önəmi yoxdur.

“Qəbələyə apara bilərəm. İcazəni özümüz həll edəcəyik”, – deyə taksi sürücüsü bildirib.

Mövzu ilə bağlı araşdırma onu deməyə əsas verir ki, mövcud vəziyyətdə regionlara gediş-gəlişlə bağlı nəzarət mexanizmində boşluqlar kifayət qədərdir. Ya polis sürücü ilə əlbir olur, ya torpaq yollardan istifadə edilir, ya da, necə deyərlər: “Pulun aça bilmədiyi qapı yoxdur”.

Hər halda, aidiyyatı qurumlar postlarda və regionlarda fəaliyyətlərini daha da gücləndirməlidir. Verilən qərarlar isə şəxsin kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəsə şamil edilməlidir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu