azadses.az » Siyasət » TAP ilə hidrogen və bərpa olunan qazların nəqli üçün yol xəritəsi hazırlanıb

TAP ilə hidrogen və bərpa olunan qazların nəqli üçün yol xəritəsi hazırlanıb

Trans-Adriatik Qaz Boru Kəməri Konsorsiumu (TAP AG) təbii qazın hidrogenlə qarışığının, eləcə də digər bərpa olunan qazların orta və uzunmüddətli dövrdə nəqli üçün yol xəritəsi hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə TAP AG-nin idarəedici direktoru Luka Skiepatti Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarında çıxışı zamanı bildirib.

L.Skiepatti qeyd edib ki, hazırda Trans-Adriatik Boru Kəmərində istifadə olunan materiallar beynəlxalq laboratoriyalarda sınaqdan keçirilir. Eyni zamanda, TAP infrastrukturunun hidrogenin nəqli üçün texniki uyğunluğu təhlil olunur. Bu proses “uyğunsuzluqların təhlili” (gap analysis) çərçivəsində aparılır və nəticələr gələcək planlaşdırmada nəzərə alınacaq.

O əlavə edib ki, TAP konsorsiumu biometanın istifadəsi imkanlarına da xüsusi diqqət yetirir:

“Xüsusilə, Yunanıstandan başlayaraq Avropa İttifaqı səviyyəsində normativ bazanın inkişafına dəstək göstərilir. Bu çərçivədə milli reyestrin, mənşə sertifikatları sisteminin yaradılması və biometanın dayanıqlılığının təsdiqlənməsi nəzərdə tutulur”.

L.Skiepatti bildirib ki, belə bir sistem biometanın Avropada virtual olaraq alınmasına və daha sonra TAP kompressor stansiyasına revers rejimində tədarük edilməsinə imkan yaradacaq:

“Orada biometan turbinlər üçün bərpa olunan yanacaq kimi istifadə oluna bilər. Bu isə təbii qazın istifadəsindən yaranan istixana qazı emissiyalarını tamamilə aradan qaldırmağa şərait yaradacaq”.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə başlayıb.

TAP-ın ümumi uzunluğu 878 km-dir. Bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya tədarük həcmi ildə minimum 20 milyard kubmetrə çatmalıdır. TAP-ın genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib