azadses.az » İqtisadiyyat » TAP ilə hidrogenin nəqli ilə bağlı yeni planlar təqdim edilib

TAP ilə hidrogenin nəqli ilə bağlı yeni planlar təqdim edilib

“White Dragon” (“Ağ Əjdaha”) adlandırılan layihə sayəsində Yunanıstanın energetika sistemində karbonhidrogenlərin istifadəsi ümumiyyətlə dayandırıla bilər.

“Report”un Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə layihəni idarə edən konsorsiumun məlumatında deyilir.

Bildirilir ki, Yunanıstanın bir sıra enerji şirkətlərinin iştirak etdiyi konsorsium genişmiqyaslı “White Dragon” (“Ağ Əjdaha”) hidrogen layihəsi ilə bağlı planlarını təqdim ediblər. Bu layihəyə “Advent Technologies”, Yunanıstanın “Hellenic Petroleum”, TAP AG\ və digər şirkətlər işirak edirlər.

Qeyd edək ki, Yunanıstan 2030-cu ilə qədər kömürlə işləyən enerji istehsalının bir hissəsini qaz stansiyaları ilə əvəz etmək niyyətindədir. Bu səbəbdən də ölkə də qaz anbarları tutumu yaratmaq istəyir. Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) işə salınması və Bolqarıstanla potensial qaz bağlantısı ilə ölkənin regional qaz təchizatı mərkəzinə çevrilməsi də planlaşdırılır.

Layihənin tərtibatçıları bildiriblər ki, onlar enerji və istilik üçün elektroliz yolu ilə yaşıl hidrogen istehsal etmək üçün bərpa olunan elektrik enerjisindən istifadə edəcəklər. Planlara ayrıca olaraq hidrogen boru kəməri də daxil ola bilər.

Gözlənilir ki, inteqrasiya olunmuş “Ağ Dragon” layihəsi ilə TAP dövlətlərarası boru kəməri ilə Yunanıstandan İtaliyaya hidrogen nəqli və ixracının gələcək potensialı hədəf kimi araşdırılacaq.

Layihənin tərtibatçıları hesab edirlər ki, bu layihənin ümumi dəyəri təxminən 9,8 milyard ABŞ dolları təşkil edəcək. Layihə Avropa və Yunanistan səlahiyyətliləri tərəfindən təsdiqlənərsə, 2022-ci ildə araşdırma planlamasından 2029-cu ilə qədər son layihələndirmə mərhələlərinə keçəcək.

Xatırladaq ki, “White Dragon” layihəsi yaşıl hidrogen texnologiyasına əsaslanıb. Bu isə o deməkdir ki, yanacaq bərpa olunan mənbələrdən alınan elektrik enerjisindən istifadə edərək sudan əldə edilir. Eyni zamanda bu hidrogenin qaz boru kəmərlərinə qoşulması nəzərdə tutulur. Layihə mərkəzi istilik, Trans-Adriatik Boru Kəməri ilə ixrac və avtobus, həmçinin yük maşınlarına yanacaq doldurulması üçün nəzərdə tutulub.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (5 %) şirkətləridir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib