azadses.az » Manset » Qaz təchizatı sisteminin diaqnostikası çərçivəsində müzakirələr aparılıb

Qaz təchizatı sisteminin diaqnostikası çərçivəsində müzakirələr aparılıb

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə qaz təchizatı sisteminin diaqnostikası üzrə yaradılmış İşçi Qrupunun üzvləri və “McKinsey&Company” beynəlxalq məsləhətçi şirkətin nümayəndələri arasında videokonfrans keçirilib.
Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, tədbirdə ölkənin qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması məqsədilə beynəlxalq məsləhətçi şirkət tərəfindən aparılan diaqnostik təhlillərə dair ilkin hesabat müzakirə edilib.
Qeyd edək ki, ölkədə qaz təchizatı sahəsində islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib. Sərəncamda, həmçinin Energetika Nazirliyinin təklifləri əsasında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması müddəası öz əksini tapıb.
Xatırladaq ki, bu ilin iyun ayında Energetika Nazirliyi ilə dünyanın aparıcı konsaltinq şirkətlərindən hesab olunan “McKinsey&Company” şirkəti arasında ölkənin qaz təchizatı sisteminin müfəssəl diaqnostikasının aparılmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət Energetika Nazirliyinə qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla ölkədə qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanmasında məsləhətçi xidmətləri göstərəcək.
Diaqnostikanın nəticələri Energetika Nazirliyi tərəfindən qaz təchizatı sistemində itkilərin qarşısının alınması, ölkədə istehlak olunan təbii qazın sərfiyyatının ölçülməsinin dəqiqliyinin yüksəldilməsi və idarəetmənin təkmilləşdirilməsi, müasirləşdirilməsi ilə bağlı müfəssəl təkliflərin formalaşdırılması üçün istifadə ediləcək. Həmçinin bu nəticələr əsasında qaz təchizatı sahəsində bazar münasibətlərinə mərhələli keçid, investisiyaların effektivliyinin artırılması və normativ-hüquqi bazanın müasirləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. İslahatların aparılması üçün zəruri hesab edilən qanunvericilik təşəbbüslərinin isə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinə daxil edilməsi nəzərdə tutulur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  2. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  3. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  4. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  5. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  6. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  7. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  8. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  9. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  10. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar