azadses.az » İqtisadiyyat » “Bulgargas”: "Azərbaycanla uzunmüddətli müqavilə fevralda qazın qiymətini 6 % azaldacaq"

“Bulgargas”: "Azərbaycanla uzunmüddətli müqavilə fevralda qazın qiymətini 6 % azaldacaq"

Bolqarıstanın milli qaz şirkəti “Bulgargas” fevral ayı üçün qazın qiymətində 6 %-lik ucuzlaşma proqnozlaşdırır.

“Report” Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, şirkətin hesablamalarına əsasən qarşıdakı ayda vergi və digər xərclər istisna olmaqla bir MVt/saat üçün 73 lev səviyyəsində müəyyənləşdirilib.

Ucuzlaşmanın səbəbi Azərbaycanla uzunmüddətli qaz müqaviləsi və hərrac yolu ilə alınan mayeləşdirilmiş təbii qaz da daxil olmaqla fərqli amillərdir. Həmçinin ölkənin Çirəndəki anbarından qazın istifadəsi də planlaşdırılır.

Bildirilib ki, hesablanan 6 %-lik ucuzlaşma dəyişə bilər və son təklif “Bulgargas” tərəfindən təklif olunacaq. Bu təklif Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyası (EWRC) tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, 2023-cü ildə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Bolqarıstana 1,39 milyard kubmetr Azərbaycan qazı nəql olunub. Bolqarıstana qaz tədarükü TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə həyata keçirilir. IGB ilə Bolqarıstana qaz tədarükünə iki il əvvəl başlanıb. 2021-ci ildə 270 milyon kubmetr tədarük edilib. 2022-ci ildə tədarük 500 milyon kubmetrdən bir qədər çox olub.

IGB Yunanıstan ərazisi ilə qonşu ölkələrə qazın nəqli üçün də əsas marşrutdur.

Azərbaycan hazırda Avropada İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Macarıstana qaz tədarük edir. 2024-cü ildə isə Serbiyaya qaz tədarükünə başlanılacaq. Bundan başqa, Avropanın bir sıra ölkələri Azərbaycan qazını almaqda maraqlı olduqlarını bildiriblər.

IGB kəmərinin ötürmə qabiliyyəti 3 milyard kubmetrdir, bu il modernləşdirmə nəticəsində onun 5 milyard kubmetrə çatdırılması planlaşdırılır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Azərbaycanda zəlzələ olub
  2. Bakıda kitabxana yanıb
  3. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  4. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  5. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  6. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  7. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  8. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  9. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  10. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib