azadses.az » Manset » Fransa mediası uğursuzluqların səbəbkarı kimi Makronu görür - "Ölkəni çökdürür” - ŞƏRH

Fransa mediası uğursuzluqların səbəbkarı kimi Makronu görür - "Ölkəni çökdürür” - ŞƏRH

Hər hansı bir ölkənin prezidentinin şəxsi nüfuzu, beynəlxalq aləmdə qazandığı imic dövlətlərarası münasibətlərdə vacib rol oynayır. Hər bir dövlət başçısı, lider öz fəaliyyəti dövründə bu institutun möhkəmlənməsinə çalışmalıdır.

Fransa rəhbəri Emmanuel Makrona gəldikdə, onun qədər prezidentlik institutunun nüfuzdan düşməsinə, gözdən salınmasına çalışan ikinci bir liderə çətin rast gəlinsin. Bu kürsüyə əyləşən gündən bəri lobbi qruplarının maraqlarını ifadə edən Makron əlindən gələni edir ki, ölkəsinin imicini aşağı salsın.

Daha çox erməni lobbisinin maliyyəsi və təsiri altında olan E.Makronun Fransanın nüfuzuna vurduğu zərbənin bərpası üçün onilliklər lazım olacaq desək, yanılmarıq. Onun atdığı addımları, yürütdüyü siyasəti analiz edəndə görürsən ki, bu adam sanki məqsədli şəkildə ölkəsini aşağılamağa, beynəlxalq aləmdə nüfuzunu zəiflətməyə çalışır. Ölkədə siyasi, iqtisadi vəziyyət günbəgün ağırlaşır. Onun yürütdüyü siyasi və iqtisadi kurs sadə fransızların büdcəsinə ağır zərbə vurmağa başlayır və birinci problem odur ki, ölkədə yanacağın qiymətində “partlayış” yaşanır. Qeyd edək ki, yanacaq qiymətinin artması məhsulların bahalaşmasına gətirib çıxarır ki, bu da vətəndaşların həyat keyfiyyətinə mənfi təsir göstərir, inflyasiyaya təkan verir.

Bu günün Fransası budur - ölkəni bürüyən etiraz aksiyaları, bahalaşma, xarici uğursuzluq, polis özbaşınalığı. Makron tarixdə təkcə daxildə həyata keçirdiyi uğursuz siyasəti ilə deyil, həm də xarici siyasətdə neokolonializmi ilə yadda qalır. Nigerdə baş verən hadisələri Fransanın Afrika qitəsində həyata keçirdiyi müstəmləkəçiliyin, daha dəqiq desək, köləliyin və acgöz istismarın nəticələri hesab etmək olar. Bu gün Nigerdə hərbi çevriliş edən qüvvələr Fransadan istismara son qoymağı və qoşunlarını ölkədən çıxarmağı tələb edir. Buna cavab olaraq Makron da bildirir ki, Nigerdəki maraqlarına qarşı hər hansı hücuma dözməyəcək, Paris “dərhal və qətiyyətlə” cavab verəcək. Bundan sonra minlərlə insan etiraza çıxıb, “Fransanın Nigerdəki səfirliyi” yazılmış lövhəni cırıb, yerinə Niger bayrağını taxıblar.

Elə bu səbəbdən də Fransa mediası Emmanuel Makronun Fransanı çökdürməsi istiqamətində analiz və şərhlərin sayını artırıb. Bu fikirlərə Rusiya və yaxud digər ölkələrin mediasında rast gəlsəydik, bəlkə də normal qarşılamaq olardı. Məsələ ondadır ki, bu, fransız jurnalistlərin gəldiyi qənaətdir. Ölkə siyasiləri və deputatlarının ardınca jurnalistlər də prezidenti hədəfə alıb, xarici və daxili siyasətdə uğursuzluğu artıq hər kəs dilə gətirir və səsləndirir.

Keçmiş müstəmləkələri itirmək təhlükəsi Fransa təəssübkeşlərini qorxuya salıb. Axı, ölkə büdcəsinə hər il keçmiş müstəmləkələrdən milyonlar axır. Və görünür, fransızlar Makrondan fəqrli olaraq bu gəlirdən məhrum olmaq istəmirlər. Başa düşürlər ki, Makron bir gün çıxıb gedəcək, nəticəsini də onlar çəkəcək. Məlumat üçün bildirək ki, uzun müddətdir Fransa indi Frankafrika bölgəsini təşkil edən keçmiş müstəmləkələrindən illik gəlirlərinin 85%-ni alır. Son illərdə isə Fransa daxil olmaqla Qərb ölkələri Afrikada öz təsirlərini sürətlə itirirlər. Bu da qismən yerli əhaliyə və dövlətlərin rəhbərliyinə qarşı təkəbbürlü ritorika və açıq irqçi münasibətlə bağlıdır.

Fransalı jurnalistlər bu qənaətdədir ki, məhz Parisdən başlanan etirazlar sürətlə Afrikadakı müstəmləkələrə yayılır və bunda da Makron məsuliyyət daşıyır. Nigerdə dövlət çevrilişi misal çəkilir. Vurğulanır ki, Parisin bu ölkədəki əsas müttəfiqi Məhəmməd Bazumun devrilməsi uğursuzluğun pik həddi oldu. Fransa hakimiyyəti üçün bu iki bəd xəbərə daha biri də əlavə olunur: miqrasiya siyasətində respublikaçılarla razılığa gələNigerdə dövlət çevrilişi zamanı etirazçılar Fransa bayraqlarını yandıraraq, əvəzində rus bayrağını qaldırdılar ki, bu da Yelisey sarayı üçün təhqir demək idi. Bu addım Fransanın Saheldə onillik siyasi fəaliyyətinin uğursuzluğu idi. Dünyanın bu regionunda sabitliyin pozulması Avropaya daha da nəzarətsiz miqrasiya riskini artırır. Bu barədə fransız analitiklərinin özləri də danışırlar. Onların qənaətincə, Fransa prezidenti “kökə və dəyənək” siyasəti ilə paralel islahatlar aparmaq istəyir.

Maraqlı olan odur ki, Makron artıq nüfuzlu medianı təmsil edən jurnalistlər tərəfindən şiddətli, ciddi tənqidlərə məruz qalır. Onların arasında hətta “Le Point” kimi nüfuzlu həftəlik nəşr də var. Bu məqalələrdə də Makron Fransanı “çökdürmək”də “batırmaqda”, "uğursuzluqların bəlası" olmaqda ittiham olunur. Bu ifadələr artıq fransız müxbirlər tərəfindən fəal şəkildə istifadə olunur.

Fransalı politoloq Roman Bessone “Aktual müsahibə” layihəsində maraqlı bir məsələyə toxunur. Onun qənaətincə, Fransada Makron rejiminin problemləri durmadan artır. “Məncə, Makron bizim NATO blokuna və Qərb infrastrukturuna daha çox inteqrasiya etməyimizi istəyirdi”, - deyə politoloq hesab edir.

Beləliklə, ölkədə əsas diqqət E.Makrona yönəlib. Ola bilsin, Makron 2027-ci il seçkilərinə qədər postunda qalmağa müvəffəq olsun. Lakin ən təhlükəlisi postmakronizm, yəni ondan sonrakı müddətdir. Bu səbəbdən də fransızları ağır günlər gözləyir. Makronun dağıtdıqlarını düzəltmək üçün onilliklər lazım olacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu