azadses.az » Siyasət » Makronun ittihamları Azərbaycan-Fransa əlaqələrinə son qoyur? - AÇIQLAMA

Makronun ittihamları Azərbaycan-Fransa əlaqələrinə son qoyur? - AÇIQLAMA

Prezident İlham Əliyev ötən gün Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makronun mövqeyini sərt şəkildə tənqid edib. Dövlət başçısı bildirib ki, Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən təxminən bir həftə sonra Fransa prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edib. Belə ki, Makron Azərbaycanın dəhşətli müharibə törətdiyini iddia edib. O cümlədən, Rusiyanın Azərbaycan oyununu oynadığını, lakin Fransanın heç vaxt Ermənistanı atmayacağını da vurğulayıb. İlham Əliyev isə bu qərəzli çıxışlara cavab olaraq qeyd edib ki, bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində hər hansı rol oynaması mümkün deyil.

Mövzu barədə Oxu.Az-a açıqlama verən politoloq Samir Hümbətov diqqətə çatdırıb ki, Fransa daim erməniərəst mövqedən çıxış edib, hətta Qarabağdakı qondarma rejimi müstəqil dövlət kimi tanımağa da cəhd göstərib:



“Son 30 il ərzində prosesə Fransa ikili standartlarla yanaşıb. Hətta Ermənistanın tanımadığı bir qurumu, Qarabağdakı qondarma rejimi müstəqil dövlət kimi tanımaq niyyətində idi. Yəni Fransa Azərbaycana qarşı heç də xoş niyyətli olmayıb. Ötən illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq Fransanın mövqeyində ancaq ermənipərəstlik görmüşük”.

Ekspert hesab edir ki, belə addımların atılmasının səbəbi Fransadakı erməni lobbisinin Fransa hakimiyyətinə bu və ya digər formada təsiretmə imkanın olmasıdır:

“Görünən odur ki, fransız siyasətçilər erməni lobbisinin girovuna çevriliblər, bu təsir nəticəsində Azərbaycanla münasibətlərdə gərginlik davam etdirilir. Biz isə regionda və dünyada sülhün təmin olunması üçün bütün dövlətlərlə, beynəlxalq qurumlarla bərabərhüquqlu münasibətlərimizi davam etdirməyə səy göstəririk”.

Bundan sonrakı Azərbaycan-Fransa münasibətlərinə gəldikdə isə politoloq söyləyib ki, Azərbaycan Fransanın bundan sonra atacağı addımlara adekvat cavab verəcək:

“Düşünürəm ki, Fransanın mövqeyində ciddi dəyişiklik olmasa, yəni Azərbaycana qarşı təxribatçı fikirlər səsləndirsə, bu, Azərbaycanın ciddi reaksiyasına səbəb olacaq. Amma indiki halda düşünmürəm ki, rəsmi Bakı tam şəkildə Fransa ilə əlaqələri kəssin və ya problemi başqa formaya keçirsin. Çünki Fransa Avropa İttifaqının əsas lokomotivlərindən hesab olunur, Avropa Şurasının üzvüdür, bir sıra təşkilatlarda Azərbaycanla birgə fəaliyyət göstərir. Bütün bunları nəzərə alaraq Azərbaycanın Fransayla əlaqələri kəsməsi indiki mərhələdə inandırıcı görünmür. Azərbaycanın burada əsas marağı Qarabağ məsələsinin tam şəkildə həll edilməsi, Ermənistanın ərazi bütövlüyümüzü tanıması, irəli sürülən şərtlərin Ermənistan tərəfindən tam şəkildə yerinə yetirilməsinin təmin edilməsidir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib