azadses.az » Siyasət » Fransa “zibillik”də eşələnir: Sıxışdırıldıqca qəzəblənir, qəzəbləndikcə riyakarlıq edir – TƏHLİL

Fransa “zibillik”də eşələnir: Sıxışdırıldıqca qəzəblənir, qəzəbləndikcə riyakarlıq edir – TƏHLİL

Fransa Qarabağ münaqişəsi zamanı ATƏT-in Minsk Qrupunun həmsədri kimi qərəzli, ikiüzlü siyasət yürütdüyünü postmünaqişə dövründə aşkar şəkildə göstərir.

Azərbaycan ötən il Ermənistan üzərində qələbə qazandıqdan sonra Paris özünün əsl sifətini aşkar şəkildə göstərməyə başlayan kampaniyaya start verib və Fransada basılan düymə ilə proses vüsət alır.

Ötən il noyabrın 26-da Fransa Senatı məhv olmuş, tarixin arxivindəki zibilliklərə göndərilmiş separatçı “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyini tanıyan qətnamə qəbul etməklə rəsmi Parisə də bu aktı dəstəkləməyə çağırış etdi.

Qətnamədə Fransa hökumətinə çağırış edilir ki, separatçıların “müstəqilliyi” tanınsın. Əslində isə bu, Fransa hakimiyyətinin öz oyununun məhsulu idi.

Həmin qətnamədən sonra Fransa hökuməti riyakarlığını təkzib edən “dəlillərlə” çıxış etməyə çalışsa da, az keçmədi ki, yenidən “status” məsələsini gündəmə daşıyan bəyanatların müəllifinə çevrildi.

Fransanın narahatlıqlarına gəlincə, nəzərə alaq ki, Qarabağda müharibə bitdikdən sonra Türkiyənin regiondakı hərbi-siyasi iştirakı gücləndi. Paris isə bunu həzm edə bilmir.

İkinci bir məqam odur ki, Ermənistanın məğlubiyyətindən sonra Parisin Cənubi Qafqazdakı dayaqları da məğlub duruma düşüb.

Fransa postmünaqişə periodunda Cənubi Qafqazda kənarda qalıb, sərgilədiyi əsassız və məntiqsiz mövqedən dolayı o regionda iştirakı üçün lazım olan zəmini hazırlaya bilmir.

Üstəgəl, Fransanın beynəlxalq aləmdə də sıxışdırılması prosesi gedir, bu ilin sentyabrında ABŞ, Britaniya və Avstraliya AUKUS paktını imzalamaqla Parisin qlobal tablodakı mövqeyini yerə çırpdı.

İndi isə Fransa Prezidenti Emmanuel Makron hikkəsini başqa ölkələrin üzərinə tökməyə çalışır və ATƏT-in Minsk Qrupunu “ölü nöqtədən” tərpətmək üçün “təşəbbüskarlığını” ortaya qoyur.

Bununla belə Fransa ona olan cüzi etimad mühitini də öz addımları ilə məhv edir. Parisin ən yaxşı halda dəstək qazandığı platforma isə Ermənistan hökuməti və erməni diasporudur. Amma bunun Fransanın beynəlxalq siyasətdə çəkisini artırmaq üçün heç bir rolu yoxdur, ən yaxşı halda Makron növbəti prezident seçkilərində erməni icmasından səs ala bilər.

O, Fransa siyasətinə redaktələr etməlidir, anlamalıdır ki, Cənubi Qafqazda yeni reallıq yaranıb və qlobal güclər özü də bu reallıqlara uyğun adekvat xətti tutub mövqe bildirməlidirlər.

Lakin Fransa dərs çıxarmır, olanlar və baş verənlər azmış kimi, utanmadan Qarabağda quldur tör-töküntü yığınını ali qonaq kimi qəbul edir. Həmin quldur dəstəsinin adlarını, soyadlarını bu yazıda çəkmək belə istəmirik.

Fransadan müsbət mənada təəccüb yaradacaq hər hansısa bir addım gözləmək olmazdı.

Əslində Fransa addımları ilə ATƏT-in Minsk Qrupunun statusunu böyük sual altına qoyur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib