azadses.az » Dünya » “Fransanın vasitəçilik missiyasına səy göstərmək cəhdləri rədd edilməlidir” - RƏY + FOTO

“Fransanın vasitəçilik missiyasına səy göstərmək cəhdləri rədd edilməlidir” - RƏY + FOTO

“Fransa ilə əməkdaşlıq məsələlərinə yenidən baxılmalı və Fransanın vasitəçilik missiyasına səy göstərmək cəhdləri ölkəmiz tərəfindən rədd edilməlidir”.

Bu sözləri “Report”a açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.



QHT sədri bildirib ki, Avropa İttifaqı Rusiya ilə yanaşı Azərbaycan və Ermənistan arasında konstruktiv danışıqlar prosesində son zamanlar aktivlik nümayiş etdirir. Onun sözlərinə görə, lakin ayrı-ayrı ölkələr, xüsusən də Fransa bu prosesə nümayişkaranə şəkildə mane olmağa çalışır.

Fransada erməni lobbisinin gücündən bəhs edən R.İsgəndərli bildirib ki, eyni zamanda Emmanuel Makronun seçiciləri arasında erməni əsilli seçicilərin kifayət qədər olduğu hər kəsə məlumdur:

“Məhz bu amillər səbəbindən Fransa prezidenti məsələyə “Ermənistan tərəfindən çıxış edə bilərəm” kimi yanaşır. Beynəlxalq münasibətlər sistemində vasitəçilik institutu yalnız qərəzsizlik prinsipi əsasında həyata keçirilə bilər. Lakin Fransanın apardığı siyasətdə biz bu qərəzsizlik prinsipinə tamamilə zidd olaraq birtərəfli qaydada Ermənistanı dəstəkləyən bəyanatların şahidi oluruq”.



R.İsgəndərli hesab edir ki, həm hüquqi, həm də siyasi çərçivədə Fransa ilə əməkdaşlıq məsələlərinə yenidən baxılmalı və Fransanın vasitəçilik missiyasına səy göstərmək cəhdləri ölkəmiz tərəfindən rədd edilməlidir:

“Bu ölkə heç bir vəchlə vasitəçilik missiyasını ələ ala bilməz. Fransanın tarixi bizə sübut edir ki, o, heç də həmişə demokratik dəyərlərə, insan hüquqlarına riayət etməyib. Buna Fransanın Əlcəzairdə törətdiyi müharibə cinayətlərini, Asiya və Afrika ölkələri kolonialist siyasətini misal gətirmək olar. Bu cür ölkənin münaqişələrin həllində hər hansı cəhdləri səmimi görünmür. Onu da qeyd etmək yerinə düşər ki, Fransa Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdən bir ölkə kimi qardaş ölkənin Aİ-yə üzv olmasının əsas əleyhdarıdır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  2. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  3. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  4. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  5. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  6. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  7. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  8. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  9. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  10. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar