azadses.az » Siyasət » Azərbaycan xalqı yaşananları unutmayacaq: Ermənipərəst Fransa bir anda “sülh göyərçini”nə çevrilib?

Azərbaycan xalqı yaşananları unutmayacaq: Ermənipərəst Fransa bir anda “sülh göyərçini”nə çevrilib?

44 günlük Vətən müharibəsinin yekunları – Azərbaycanın mütləq zəfəri və erməni faşizminin kapitulyasiyası regionumuz üçün yeni dövrün başlanğıcına çevrildi.

30 illik işğala son qoyan Azərbaycan öz regionu üçün olduqca mühüm bir təşəbbüs - sülh və dinc inkişafın bayraqdarı funksiyasını öz üzərinə götürdü. Məhz bu mövqe və yanaşma Azərbaycanın Ermənistana sülh təklifinin arxasında dayanan əsas səbəb olaraq qarşımıza çıxır.

Qalib ölkənin kapitulyanta bu cür böyük şans verməsi isə tarixdə unikal hadisələrdən biridir və mütləq misilsiz humanizm nümunəsi kimi qeyd edilməlidir.

Müharibədən sonrakı dövrdə yekun sülh və sülh sazişinin imzalanması üçün olduqca mürəkkəb dövr keçilib və bu gün tərəflər sülh müqaviləsinin imzalanmasına hər zamankından daha yaxın görünürlər.

Təbii ki, regiondakı sülh və sabitlik üçün heç bir səy göstərməmiş, əksinə gərginlikdə daim maraqlı görünən tərəflər də bu gün canfəşanlıq edərək yaranmış şəraitdən özünə pay götürmək niyyətini gizlətmir.

Sözügedən nümunəyə ən uyğun gələn tərəf isə yəqin ki, Fransadır, desək yanılmarıq. Azərbaycanın yeni yaratdığı reallıqlarla barışmayan erməni şovinist və revanşist qüvvələrlə daim həmrəy olan Fransa bu gün sülh danışıqlarında vasitəçilik iddiasındadır. Bu iddianın arxasınca qaçan Fransa, görünür, istər işğal dövründə, istərsə də müharibədən sonrakı proseslərdə Ermənistanın yanında dayandığını və bu dövlətin məkrli planlarına birmənalı dəstək verdiyini unudur. Əks halda tərəflərdən birinə tərəf olan rəsmi Parisin bu iddiada olması olduqca gülünc və bir o qədər də riyakarlıq dolu bir mənzərə yaradır.

Fransa dövləti bu gün sülh prosesində bu və ya digər şəkildə iştirak etmək və öz “töhfəsini” vermək planları qurursa, bunun arxasında regionda dayanıqlı sülhün olması istəyinin dayandığını düşünmək də sadəlövhlük olardı.

Elə isə hər platformada Ermənistanın yanında dayanan, əvvəlcə işğalçıya dəstək verən, işğala son qoyulduqdan sonra isə separatçı və revanşistlərə daim “qayğı” göstərən Fransa bu gün səmimiyyətdən uzaq görünür.

Tarix isə heç nəyi silmir və Fransa kimi dövlətlərin yürütdüyü siyasət bir gündə, bir anda dəyişmir. Təkcə son illərdə yaşananları nəzərə alsaq, Fransanın vasitəçilik cəhdlərinin qəbuledilməz olduğunu anlaya bilərik. Bu ölkədəki erməni diasporunun təzyiqi, ölkələrinin “yaxın” münasibətləri, Fransanın beynəlxalq təşkilatlarda təcavüzkar və işğalçı Ermənistanı himayəsi rəsmi Parisin hər zaman qərəzli və tərəfli olduğuna sübutdur.

Məsələn, elə Fransa prezidentliyinə namizəd Valeri Pekresin Xankəndiyə səfər etməsi də bu ölkənin yaxın 30 ildə yürütdüyü siyasətin əyani təzahürüdür. Təsəvvür edin, bir ölkədə hakimiyyət iddiasında olan, müəyyən bir siyasi qüvvənin təmsilçisi öz səslərini artırmaq, erməni diasporunun “etimad”ını qazanmaq üçün Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər etməkdən çəkinmir və üstəlik böyük riyakarlıqla bunu nümayiş etdirir, bir müddət sonra isə həmin ölkə sülh prosesində vasitəçilik eşqinə düşür. Mümkün görünmür, ancaq elə Fransanın xarici siyasətində rəhbər tutduğu xətt də elə bu cür reallıqda mümkünsüz görünən riyakarlıq nümunələri baxımından zəngindir.

İşğalçını himayə edib, işğala məruz qalan dövlətə təzyiq göstərməyə çalışan, istənilən erməni təxribatının dünya ictimaiyyətinə təhrif olunmuş şəkildə qələmə verilməsində ermənilərə dəstək verən, təcavüzkarı məzlum kimi təqdim edib arxasında dayanan Fransanın vasitəçilik arzusu xam xəyaldan başqa bir şey deyil.

Bəlkə də, Fransa üçün bir anda “sülh göyərçini”nə çevrilib, sülhə öz “töhfəsini” vermək planı real görünür, ancaq rəsmi Paris bilməlidir ki, Azərbaycan xalqı və dövləti tarixi, yaşananları olduqca yaxşı xatırlayır. Fransanın 30 illik işğal dövründə ağzına su alıb oturduğunu, Ermənistanın hesab günü çatdıqda isə necə canfəşanlıq etdiyini unutmur.

Uzun sözün qısası, Fransa Qarabağ məsələsində heç zaman tərəfsiz olmayıb, eyni zamanda tərəfini də gizlətməyib. Elə isə bu gün sülh prosesinin müzakirə olunduğu masada “ikinci Ermənistan”ın əyləşməsi heç bir haqqa, hüquqa sığmır.

Fransa ermənilərin qondarma iddialarını dəstəkləyir, işğal illərində Ermənistana təzyiq imkanları kifayət qədər olmasına baxmayaraq susur, baş verən ədalətsizliyi görməzdən gəlir, Azərbaycanın haqq savaşına qarşı çıxır, məzlum Ermənistan tablosunun əsas rəssamı kimi çıxış edir, erməni təxribatlarını saxtalaşdırılmış şəkildə dünyaya tirajlayır və ermənilərin müdafiəsinə qalxır. Sadalanan bütün bu faktlar fonunda isə Azərbaycan xalqının gözündə öz vasitəçilik hüququnu çoxdan itirib.

İllərlə davam edən siyasi proseslər Fransanın tərəfsiz olmadığını, ermənipərəst mövqeyini qəti şəkildə ortaya qoyub. Bu baxımdan da bu gün bu və ya digər şəkildə sülh prosesində vasitəçilik cəhdləri səmimi qəbul edilmir və bunun üçün də Azərbaycan xalqı kifayət qədər haqlı səbəblərə sahibdir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu