azadses.az » Cəmiyyət » Azərbaycan-Ermənistan sülh gündəliyi: Danışıqların gizli qalan hissəsində Zəngəzur məsələsi də var – ŞƏRH

Azərbaycan-Ermənistan sülh gündəliyi: Danışıqların gizli qalan hissəsində Zəngəzur məsələsi də var – ŞƏRH

Azərbaycan-Ermənistan sərhəd zolağında və Qarabağ İqtisadi Zonasında gərginliklər olsa da, iki ölkənin sülh gündəliyi ərşə çəkilməyib.

Sülh gündəliyində Azərbaycan üçün prinsipial olan və İrəvan qarşısında şərt kimi irəli sürülən tezislərə həlledici bir dirəniş göstərilmir.

Hərbi hərəkətliliklər isə Azərbaycanın sülh danışıqlarında əlini daha möhkəm arqumentlərlə bərkidir. Bu mənada Azərbaycanla Ermənistan arasında yüksək səviyyəli müzakirələrə qədər Ordumuzun cəza tədbirlərinin davam etməsi mümkündür.

Azərbaycan tələblərində konkret və əzmkar olduğunu “Qisas” antiterror əməliyyatı ilə də sübut etdi, əlavə dəlillərin bəziləri göz önündə, digərləri isə bağlı qapılar arxasında və ya diplomatik təmaslarda qeyd olunur.

Gizli razılaşma motivi təşkil edə biləcək məqamlara gəlincə, Azərbaycan Ermənistandan Zəngəzur dəhlizinin açılması kontekstində azərbaycanlıların tarixi torpaqlarına qayıtmalarına dair şərtlər səsləndirə bilər.

Hesab edirik ki, Prezident İlham Əliyevin Azərbaycanın tarixi torpaqları ilə bağlı səsləndirdiyi bəyanatlar danışıqlarda Zəngəzur motivlərinin də ayrıca xətt təşkil etdiyinə dəlalət edir.

Haradan-haraya... Bir zamanlar Ermənistan Qarabağa gah “müstəqillik” tələb edirdi, gah status, indi isə bunların hamısı dəfn edilib və Azərbaycan qazandığı qələbə ilə prosesləri, danışıqları, beynəlxalq rəyi tamamilə öz lehinə çevirə bilib.

İndiki danışıqlarda artıq Qarabağ mövzusu Ermənistanın yadından çıxıb və öz sərhədlərinin qeydinə qalmaq adı ilə başqa-başqa təxribatlara əl atır.

Elə Azərbaycanın da hərbi aktlarının hazırkı və gələcək miqyası təxribatlara qarşı preventiv tədbirlər kompleksinin bir hissəsidir.

Nəticə olaraq, Azərbaycanla Ermənistan arasında yeni münaqişə yox, sülh müqaviləsinin imzalanması gündəmdədir.

Gündəlikdə Ermənistanla Qarabağı birləşdirən Laçın yolunun (Gorus-Xankəndi marşrutu) dəhliz məntiqi aradan qalxır, Zəngəzur dəhlizinin isə açılması ön planda saxlanılır.

Əgər Qarabağdakı ermənilər Azərbaycan ərazilərində yaşamağa qərar versələr və Ermənistan da gələcəkdə onlara hər hansı canıyananlıq etmək istəsə, o zaman Laçın yoluna alternativ dəhlizdən istifadə ediləcək. Lap köhnə marşrutdan istifadəyə Azərbaycan razı olsa belə, bu, onun öz şərtləri və tətbiq etdiyi rejim əsasında olacaq.

Qısası, hansı yol olursa-olsun, nəticədə Ermənistan Azərbaycanın qərarlarının və yoxlamalarının altından keçmək məcburiyyətində qalacaq.

Danışıqların nə zaman keçiriləcəyinə gəlincə, bunun dəqiq vaxtı hələ razılaşdırılmayıb. Hesablamaq olar ki, hazırda müzakirələrin yeni raundu üçün diplomatik-siyasi ünsiyyətlər davam edir və proses razılaşdırılma mərhələsindədir.

Rusiya ilə Qərb danışıqlarda, onsuz da, razılaşdırılmış şəkildə hərəkət edirlər, Türkiyə amili isə hər iki tərəfi Azərbaycanın maraqlarını təmin etməyə kökləyir.

Ümumilikdə danışıqlar xəttində Qərb son zamanlar öndə dursa da, bu dəfə onu Moskvanın əvəz edəcəyi görünür.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu