azadses.az » Siyasət » “Bununla Ermənistan tərəfi bizim şərtlərimizi qəbul etmiş oldu”

“Bununla Ermənistan tərəfi bizim şərtlərimizi qəbul etmiş oldu”

“10 noyabr bəyanatı 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi qələbənin məntiqi nəticəsidir. Eyni zamanda, Azərbaycan dövlətinin, xalqının, ordunun birgə həmrəyliyi ilə müharibədən qazanılan qələbənin yekunudur”.

Bunu “Azadsəs.com”a açıqlamasında siyasi şərhçi Nazim Cəfərsoy 10 noyabr bəyanatının ildönümü ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, müharibə dövründə Azərbaycan tərəfi Ermənistan tərəfini hərbi-siyasi, diplomatik və psixoloji mənada çox ciddi məğlubiyyətə uğradıb: “Müharibənin başından etibarən Ermənistan və onun havadarları, xüsusilə də erməni diasporu müharibənin dayandırılması üçün ciddi cəhdlə çalışdı. Azərbaycan tərəfi isə öz siyasi hədəflərinə çatmadan dayanmayacağını bəyan etmişdi. Bu hədəf də Azərbaycan torpaqlarının işğaldan tam azad edilməsi şəklində idi. Kapitulyasiya aktı nəticəsində Ermənistan tərəfi bizim şərtlərimizi qəbul etmiş oldu.

İmzalanan anlaşmada hamıya bəlli olan hadisələr çərçivəsində Ermənistan müharibə olmadan Ağdam, Kəlbəcər və Laçın bölgələrini tərk etməsi məsələsi öz həllini tapdı. Kommunikasiyaların açılması ilə bağlı müəyyən məsələlər bəyanatda əks olundu. Bu atəşkəsin ən mühüm məsələsi isə erməni tərəfinin öz məğlubiyyətini qəbul etməsi idi. Bu çərçivədə Ermənistan ordusu Laçın, Kəlbəcər, Ağdamdan çıxarıldı və rus sülhməramlıları regiona daxil oldu.

Ancaq aradan keçən bir il ərzində bəyanatın təsdiqi ilə bağlı həm müsbət, həm də mənfi məqamları görürük. Mina xəritələrinin bir qisminin alınmasında, Zəngəzur koridorunun açılması ilə bağlı məsələdə irəliləyişlərin olduğunu görürük. Mənfi məqam isə erməni terror birləşmələrinin Xocalı, Xocavənd, Xankəndi daxil olmaqla əksər bölgələrdə hələ də qalmasıdır. Bu məqamda Rusiya sülhməramlıları öz üzərinə düşən öhdəlikləri də tam yerinə yetirmirlər. Bundan əlavə, Ermənistan mina xəritələrinin hamısının verilməsi ilə bağlı məsələdə az əməkdaşlıq göstərir”.

Politoloq bildirib ki, təslimiyyət müqaviləsinin müxtəlif istiqamətləri var: “İndiki dövrdə bu cür məğlubiyyətin Ermənistan tərəfindən qəbul edilməsi faktı var. Bəzi başqa ölkələrdə kapitulyasiya aktlarında təzminat məsələsi mövcuddur. Digər tərəfdən müharibə cinayətkarlarının beynəlxalq məhkəmələrdə cəzalandırılması məsələləri var. Hələlik imzalanan rəsmi kapitulyasiya aktında bu məqamlar özünü göstərməyib. Bu mənada digər kapitulyasiya aktlarından fərqlənir. Ancaq Azərbaycan tərəfi müxtəlif səviyyələrdə bununla bağlı addımlar atacağını bəyan edir və aidiyyəti qurumlara müraciətlərini də edib. Gözləmək olar ki, bunlar sonrakı prosesin bir parçası olacaq.
Onu da qeyd edim ki, 10 noyabrdakı məsələ sülh müqaviləsi deyil, bəyanatdır. Bu bəyanat atəşkəsdən də fərqlənir. Bu, Ermənistanın məğlub tərəf kimi masaya oturmasını şərtləndirən bir müqavilədir. Bu mənada da çox ciddi əhəmiyyətə malikdir. Eyni zamanda, bəyanat 30 illik Azərbaycan torpaqlarının işğalına son verən sənəd olması etibarilə də çox əhəmiyyətlidir. 200 illik ərazi itirmə prosesimizin geriyə döndürüldüyünü rəsmi olaraq ortaya qoyan sənəd olduğu üçün də böyük əhəmiyyətə malikdir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  2. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  3. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  4. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  5. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  6. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  7. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  8. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  9. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  10. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu